Səudiyyə Ərəbistanından ABŞ-a XƏBƏRDARLIQ!

Səudiyyə Ərəbistanından ABŞ-a XƏBƏRDARLIQ!

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Trampla telefon danışığı zamanı ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanımaq cəhdinin sülh müzakirələrinə zərər verəcəyi və müqəddəs şəhərin statusu ilə bağlı istənilən dəyişikliyin bölgədə gərginliyi artıracağı barəsində xəbərdarlıq edib.

Kral Salman Səudiyyə Ərəbistanının keçmişdən indiyə qədər Fələstin xalqını və onun tarixi hüquqlarını dəstəklədiyini bildirib.

Səudiyyə Ərəbistanının XİN-in açıqlamasında isə ABŞ-ın belə bir addım atmasının “bitərəf mövqeyinə zərər verəcək lazımsız bir tərəfgirlik olacağı” barəsində xəbərdarlıq edib. Açıqlamada deyilir: “Bu addımın son dərəcədə təhlükəli əks-sədası olacaq. İsrail-Fələstin toqquşmasını daha da çıxılmaz hala gətirəcək və sülh prosesini canlandırmaq üçün sərf edilən səyləri baltalayacaq”.

Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA