Səudiyyə Ərəbistanından “ƏRƏB NATO-SU” ADDIMLARI

  • 2019-04-10 13:00:16
  • |
  • Dünya /

Səudiyyə Ərəbistanından “ƏRƏB NATO-SU” ADDIMLARI

ABŞ-ın məsləhəti ilə

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanı “Ərəb NATO-su” adlandırılan “Strateji Yaxın Şərq Paktı” qurulması üçün addımlar atmağa başlayıb.

Səudiyyə Ərəbistanının rəsmi informasiya agentliyinin (SPA) xəbərinə görə, Səudiyyə Ərəbistanı paytaxt Riyadda “Strateji Yaxın Şərq Paktı”na hazırlı işlərinə başlanğıc olaraq ABŞ və Ərəb ölkələri nümayəndələri arasında görüş keçirildiyini bəyan edib.

Bazar ertəsi günü Riyadda keçiriləcək görüşdə ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Ümman Sultanlığı, İordaniya və Qətərdən yüksək səviyyəli nümayəndələr iştirak ediblər. İştirakçıların kimliyi və vəzifələri barəsində məlumat verilmir. İclasın “bölgədə və dünyada sabitlik və təhlükəsizliyin gücləndirilməsi məqsədilə quruln bir paktın yaradılması yolunda atılan addım” olduğu bildirilib.

Ərəb dünyasında “Ərəb NATO”-su adlandırılan bu strateji ittifaqın 2017-ci ilin avqust ayında Riyadda keçirilən Ərəb-ABŞ görüşünün nəticələrindən biri olduğu qeyd edilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA