Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya: “İran husiləri dəstəkləməkdə davam edir”

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya: “İran husiləri dəstəkləməkdə davam edir”

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanın lideri olduğu koalisiya qüvvələrinin mətbuat katibi Kurmay Turki əl-Maliki keçirdiyi mətbuat konfransında husilərin sərhəddəki Necran şəhərinə atdıqları ballistik raketin İranın onlara verdiyi dəstəyin isbatı olduğunu bildirib.

Maliki raketin Səudiyyə Ərəbistanı tərəfindən havada məhv edildiyini də söyləyib, BMT-nin 2216 və 2231 saylı qərarlarının pozulmasını diqqətə çatdıraraq, mülki yaşayış yerlərinin hədəfə alınmasının insan hüquqlarının tapdalanması olduğunu söyləyib, beynəlxalq ictimaiyyətə müraciət edərək, bu təşkilatı silah-sursatla təmin edən İranın mühakimə edilməsini tələb edib.

Husilərə məxsus “Əl-Məsirə” televiziyası isə Malikinin sözlərini yala çıxararaq məlumat verib ki, “ballistik raket Necrandakı Xüsusi Təyinatlılar Qərargahı ilə Apaçi vertolyotlarının yerləşdiyi mövqelərə” atılıb.

Hurriyyet.org

Loading...

QALEREYA