Səudiyyə şahzadəsinin qəzetindən ABŞ-a çağırış: "İRAN CƏZASIZ QALMAMALIDIR!"

  • 2019-05-17 11:20:12
  • |
  • Dünya /

Səudiyyə şahzadəsinin qəzetindən ABŞ-a çağırış: "İRAN CƏZASIZ QALMAMALIDIR!"

Mayın 14-də Səudiyyə neftötürücü stansiyalarına dron və iki gün əvvəl BƏƏ-də, Fucəyrə sahillərində tankerlərə İranın və onun vəkillərinin hücumları ciddi gərginlik əlamətləridir. İstintaq bunun dəqiq olduğunu sübut edir.

Riyad daim dünya liderlərini İranın yalnız Səudiyyə Ərəbistanına və bölgəyə deyil, bütün dünyaya təhlükə yaratdığını xəbərdar edir. Bu, İranın dəstəklədiyi husilər 2016-cı ilin sonunda üç dəfə ABŞ-ın hərbi donanmasına hücum edənə qədər sabiq prezident Obamanın başa düşmədiyi məsələdir.

Son zamanlar neft tankerləri və neft boru xətlərinə hücumlar dünya iqtisadiyyatı və ticarətinə birbaşa təhdiddir. Tehran daha çox qorxu ilə üzləşməli və ya onun qlobal sabitliyi təhdid etməsinə icazə verilməməlidir.

2008-ci ildə mərhum kral Abdullah bin Əbdüləziz İranın dağıdıcı fəaliyyətinə istinadən, ABŞ-ı “ilanın başını kəsdirməyə” çağırıb. Təxminən on il sonra vəliəhd şahzadə Məhəmməd bin Salman İranın ali lideri Ayətullah Əli Xamnəini “Yaxın Şərqin yeni Hitleri” adlandırıb.

Hazırda 2019-cu ildir, İran həm birbaşa, həm də yaxşı silahlı vəkilləri vasitəsilə bölgəyə xaos toxumları səpir. Vəliəhd şahzadə Məhəmməd, Hitlerlə olduğu kimi, İran rejiminin də dəyişməyəcəyini iddia edərkən, haqlı imiş.

Sonrakı məntiqi addım – qəzetimizin nəzərincə – cərrahi zərbələr olmalıdır. ABŞ presendent yaradıb və bunun təsiri olub: Əsəd rejimi xalqına qarşı sarin qazından istifadə edərkən, Suriyaya zərbələr endirilib.

Biz sanksiyaların doğru mesajı göndərməməsini nəzərə alaraq, bunu iddia edirik. İran rejimi cinayətlər törətməyə alışmasaydı, prezident Trampın təklifini qəbul edib, özü və İran xalqının marağına uyğun razılaşma əldə etmək üçün onun telefonuna zəng edərdi.

İki yeni hücumun göstərdiyi kimi, iranlılar dünyadakı enerji axına mane olur, körpələrin həyatlarına, xəstəxanalara və hava limanlarına təhlükə törədir, mülki gəmilərə hücum və günahsız insanları davamlı təhdid edir, inadlarından dönmürlər. Bu vəziyyətdə İran rəhbərliyi, həmişə olduğu kimi, başlarını quma soxur və heç bir şey etmədiklərini iddia edir. Buna baxmayaraq, araşdırmalar BƏƏ-dəki qardaşlarımıza hücumların arxasında onların olduğun göstərir; husi milisləri isə Səudiyyə boru kəmərlərini hədəfləyiblər.

Fikrimizcə, onlar ağır məğlubiyyətə uğradılmalıdır. Onlara vəziyyətin artıq fərqli olduğunu göstərilməlidir.

Biz, İrana etdiyi hər bir hərəkətin nəticələrə səbəb olacağını bilməsi üçün həlledici, cəzalandırıcı təpkiyə çağırırıq. Təkcə İranın nüvə silahı ambisiyalarını məhdudlaşdırmaq deyil, – yenə də dünyanın maraqları naminə, – eyni zamanda, bütün dünya üçün. Regionda onların terror şəbəkələrini dəstəkləmək imkanları olmadığını isbatlamaq vaxtı yetişib.

Araşdırmaların tamamlanması və müharibəyə başlamazdan əvvəl bütün digər variantların tükənməsini gözləməyə çağırış edən siyasətçilər və diplomatların müdrik və sakit yanaşmasına hörmət göstəririk. Qəzetimizin nöqteyi-nəzərincə, İranın heç bir pis hərəkətinin cəzasız qalmayacağını bilməsi üçün çəkindirici və cəzalandırıcı tədbirlər olmalıdır; bu hərəkətlər, fikrimizcə, yüz ölçülüb-biçilmiş cərrahi zərbələr olmalıdır.

“Arab News”, 16.05.2019

Tərcümə: Strateq.az

Qeyd: “Arab News” qəzetinin sahibi Səudiyyə vəliəhd şahzadəsinin qardaşı Turki bin Salmandır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA