“Səudiyyəli vəliəhd Netanyahu ilə əl-ələ verəcək” - İDDİA

  • 2018-12-14 17:23:04
  • |
  • Dünya /

“Səudiyyəli vəliəhd Netanyahu ilə əl-ələ verəcək” - İDDİA

Hurriyyet.org xəbər verir ki, mərkəzi ofisi İnfiltərədə yerləşən “Middle East Eye” informasiya saytı jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda vəhşicəsinə qətlə yetirilməsindən sonra vəliəhd şahzadə Məhəmməd bin Salmanın ABŞ-dakı qərarvericilərin nəzərində zədələnmiş imicini “sülhsevər insan” şəklində bərpa eləmək üçün İsrailin baş naziri Binyamin Netanyahu ilə əl-ələ verməyə hazırlaşdığını iddia edib. Saytın əməkdaşı David Hearst öz məqaləsində vəliəhd şahzadənin imcini bərpa eləmək üçün Səudiyyə Ərəbistanın kəşfiyyatı, diplomatlar, mətbuat nümayəndələri, ordu və siyasət müşavirlərindən ibarət işçi qrupunun çalışdığını bildirib. Məqalədə yazılıb: “Vəliəhd şahzadəni konqresdə bir islahatçı kimi tanıtdıran resublikaçıların özlərini xəyanətə məruz qalmış kimi hiss elədikləri və əsəbi olduqları işçi qrupu tərəfindən müəyyənləşdirib”. Hearst yazır ki, işçi qrupunun üzvü olan mənbə müzakirə edilən məsələlər arasında şahzadə Məhəmmədin İsrailin baş naziri Netanyahu ilə ABŞ prezidenti Donald Trampın ev sahibi olması şərti ilə əl-ələ verib görüşməsinin təşkil edilməsi də var. Qrup üzvlərinin bəziləri təklifi etirazla qarşılasalar da, əksəriyyət bu ideyanı müsbət qarşılayıb. Məqalədə deyilir ki, vəliəhd şahzadə özü bu təklifi müsbət qarşılayıb və qrupuna təklif üzərində daha çox işləməyi tapşırıb.

Hearst şahzadə Məhəmmədin İsrailin baş naziri ilə əl tutub görüşmək planını Misir ilə İsrail arasında Kemp-Devid sülh müqaviləsinin imzalandığı görüşdəki mənzərəyə bənzədib.

Misir prezidenti Ənvər Sədat və İsrailin baş naziri Menahem Beqin, 1978-ci ildə Kemp-Devid müaviləsini imzaladıqdan sonra ABŞ prezidenti Cimmi Karter ilə birlikdə kameraların qarşısına keçib bir-birinin əlini sıxmışdılar. Bu müqavilə nəticəsində Misir İsraili tanıyan və Tel-Əviv ilə sülüh müqaviləsi imzalayan ilk ərəb ölkəsi olmuşdu.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA