Sexdə bədbəxt hadisə - Qadının sol biləyi kəsildi

Sexdə bədbəxt hadisə - Qadının sol biləyi kəsildi

Martın 1-də Beyləqan rayonunda sexdə bədbəxt hadisə baş verib.

Hurriyyet.org Baku.ws-ə istinadən xəbər verir ki, ötən gün Beyləqan RMX-dan rayon prokurorluğuna Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində yerləşən “Xam pambığın emalı və tədarükü” sexinin maşinisti 1959-cu il təvəllüdlü Əliyeva Cəmilə Famil qızının sol bilək nahiyyəsindən aldığı xəsarətlə rayon mərkəzi xəstəxansına daxil olması barədə məlumat verilib.

Daxil olmuş məlumat əsasında rayon prokuror və əməliyyat – istintaq qrupu hadisə yerinə tedib. Hadisə yerinin müayinəsi keçirilməklə foto şəkillər çəkilib və digər zəruri hərəkətlər icra edilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA