Əsgər Xeçoyan təlimlər zamanı öldü

  • 2019-05-15 13:03:21
  • |
  • Region /

Əsgər Xeçoyan təlimlər zamanı öldü

Ermənistanda hərbi təlimlər zamanı müddətli hərbi xidmətdə olan hərbçi həlak olub.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, dünən, təxminən saat 16:30-da Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində təlimlər zamanı, ilkin məlumata görə, hərbi maşınların idarə edilməsi qaydaları pozulduğuna görə “Ural-4310” yük maşını aşıb.

Nəticədə, avtomobil hərbi dəstəsinin komandiri, müddətli hərbi qulluqçu, kiçik serjant Ararat Xeçoyan ölümcül yaralanıb və həlak olub.

Faktla bağlı cinayət işi başlanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA