Sibel Can "Mir Mövsüm Ağa" ziyarətgahında - Video

Sibel Can "Mir Mövsüm Ağa" ziyarətgahında - Video

Türkiyəli müğənni Sibel Can bu gün Bakıya gəlib.

Bir neçə saat bundan əvvəl oğlu Engincanla birlikdə paytaxtımıza gələn ifaçı şəhəri gəzib.

“Sizi görməkdən xoşbəxtəm. Hər birinizin qarşısında Ruhi xanıma təşəkkürümü bildirirəm. Uzun fasilədən sonra möhtəşəm məkanda çox gözəl konsert reallaşacaq. Hər birimiz üçün musiqi ziyafəti olacaq. Çox həyəcanlıyam. Həm də mən sizin ailənin üzvüyəm. Bu evin qızıyam. Ona görə də gəldiyim üçün sevincliyəm.

8 Mart bütün qadınların bayramıdır. Həmin gün eləcə də Ruhi xanımın doğum günüdür. Sabah birlikdə qeyd edəcəyik”, deyə müğənni bildirib.

“Liatris Holding”in təşəbbüsü, “Liatris Production”ın təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günündə Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış etməyə hazırlaşan Sibel Can Ruhi Əliyevanın xüsusi olaraq hazırladığı proqram üzrə paytaxtın maraqlı məkanlarını gəzib, ziyarət edib.

Gəzintidən sonra Ruhi xanım Sibel Can və oğlu Engincanı şəxsən evində qonaq edib.

Sibel eyni zamanda “Mir Mövsüm Ağa” ziyarətgahına gedib. Oradan lentə aldığı görüntüləri müğənni İnstaqramında paylaşıb.\\Teleqraf.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA