“Silah satılmadığı üçün özümüz istehsal etdik” - İRANDAN AÇIQLAMA

  • 2019-07-18 12:43:43
  • |
  • Region /

“Silah satılmadığı üçün özümüz istehsal etdik” - İRANDAN AÇIQLAMA

“Səddam 8 il boyunca qərb və şərq tərəfdən ona verilən raketləri üstümüzə yağdırdı”

Hurriyyet.org xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Zərif ölkəsinin öz müdafiə vasitələrini özü istehsal eləməyə məcbur olduğunu və ABŞ-ın Yaxın Şərqdəki ölkələrə silah satışını dayandırmalı olduğunu bəyan edib.

Zərif rəsmi “Tvitter” səhifəsindəki paylaşmasında ABŞ-ın Yaxşı Şərq ölkələrinə silah satmasını və ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun “İranlılar nüvə proqramı ilə bağlı müzakirə aparmağa hazırdırlar” sözlərini üstüörtülü şəkildə tənqid edib.

İran-İraq arasında baş verən müharibədə (1980-1988) zərər çəkmiş İranın Xürremşehr şəhəri ilə Qəzza və Yəmənin fotolarını paylaşan Zərif yazıb: “Səddam 8 il boyunca qərb və şərq tərəfdən ona verilən raketləri üstümüzə yağdırdı. O şəraitdə heç kim özümüzü müdafiə eləməyimiz üçün bizə silah satmadı. Bizim öz müdafiə vasitələrimizi istehsal eləməkdən başqa heç bir çıxış yolumuz yox idi. İndi isə şikayətlənirlər. ABŞ məsələni sapdırmaq əvəzinə, yeni Səddamlara silah satışını dayandırmalıdır.

ABŞ xarici işlər naziri Mark Pompeo dünən Ağ Evdəki kabinet iclasında demişdi: “İranlılar ilk dəfədir ki, raket proqramları ilə bağlı müzakirələr aparmağa hazır olduqlarını söylədilər.

İran XİN-in mətbuat katibi Abbas Musəvi də bu gün “Tvitter” hesabındakı paylaşmasında İranın xarici işlər naziri Cavad Zərifin ballistik raket proqramı ilə bağlı verdiyi açıqlamanın müzakirəyə hazırlıq demək olmadığını bildirmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA