Siyəzəndə 17 yaşlı gənc itkin düşüb - FOTO

Siyəzəndə 17 yaşlı gənc itkin düşüb - FOTO

Siyəzəndə 17 yaşlı gənc itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 17 yaşlı Əlikram Fərzəliyev cari ilin iyul ayının 15-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Əlikram Fərzəliyev əlamətləri belədir: Boyu 165 sm., orta bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Evdən çıxan zaman onun əynində qəhvəyi rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 070-330-31-83 (atası- İslam Fərzəliyev) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA