Siyəzəndə mikroavtobus yandı - VİDEO

Siyəzəndə mikroavtobus yandı - VİDEO

Siyəzən rayonunun Yenikənd kəndində “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi, idarəetmə lövhəsi və salon hissəsi qismən yanıb.

Hurriyyet.org FHN-in saytına istinadən xəbər verir ki, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.