Siyəzəndə minik və yük maşınları toqquşdu - Ölən və xəsarət alan var

Siyəzəndə minik və yük maşınları toqquşdu - Ölən və xəsarət alan var

Siyəzən rayonunun Zarat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-də saat 19 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Sumqayıt şəhər sakini F.Quliyevin idarə etdiyi “KİA” markalı minik və Abşeron rayon sakini A.İmaməliyevin idarə etdiyi “Ford” markalı yük avtomobilləri toqquşub.

Nəticədə F.Quliyevin sərnişini, Xızı rayon sakini Natiq İlyasov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA