“Skripallar işi” ilə bağlı olan üçüncü şəxs aşkar edilib

“Skripallar işi” ilə bağlı olan üçüncü şəxs aşkar edilib

Böyük Britaniyanın iddiasına görə, Solsberidəki isnidentlə bağlı olan üçüncü rusiyalı ölkədən gedişini ləğv edib və ola bilsin, hələ də Britaniya ərazisindədir.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Daily Telegraph” qəzeti adı açıqlanmayan mənbələrə istinadən yazıb.

Nəşrdə deyilir ki, söhbət Sergey Fedotov adlı şəxsdən gedir. O da Aleksandr Petrov və Ruslan Boşirovla eyni gündə Böyük Britaniyaya gəlib. Rəsmi London sonuncuları Baş Kəşfiyyat İdarəsinin (BKİ) əməkdaşları hesab edir və Solsberidəki zəhərləmə insidentində əli olmaqda ittiham edir.

Bununla yanaşı, S.Fedotov da digər iki şəxs kimi Moskvaya uçmalı olan eyni reysə qeydiyyatdan keçib, amma son anda səfərdən imtina edib. Fedotovun təyyarəyə hansı səbəbdən minmədiyi bilinmir. “Ola bilsin, o, hələ də Böyük Britaniyada gəzir”, – qəzet yazıb.

Nəşr iddia edir ki, S.Fedotov Rusiya hərbi kəşfiyyatının əməkdaşıdır və Böyük Britaniyaya əsl kimliyi ilə səfər etməyib.

Bir versiyaya görə, o, ölkəyə zəhərli maddə gətirib, başqa birinə görə, o, kəşfiyyat missiyasını icra edib və “həmkarlarına” Skripalın nə vaxt evdən çıxdığını məlumat verməli imiş. Həmçinin Fedotovun bütün əməliyyata Londondakı bazadan rəhbərlik etdiyi də istisna olunmur.

Qeyd edək ki, ötən ilin mart ayında Britaniya xüsusi xidmət orqanlarına işləyən Rusiya BKİ-nin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanı zəhərləmək cəhdi olub. Böyük Britaniya Skripalın A234 siniriflicedici maddəsi ilə zəhərlənməsinin arxasında Rusiyanın dayandığını iddia edir, Rusiya tərəfi isə bunu təkzib edir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA