ƏƏSMN-də yeni təyinatlar - İki jurnalistə vəzifə verildi

ƏƏSMN-də yeni təyinatlar - İki jurnalistə vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub.

Nazirlikdən verilən məlumata görə, telejurnalist Şahin Əliyev nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin mətbuat katibi vəzifəsinə təyinat alıb.

O, bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışıb, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib.

Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsi isə telejurnalist Əsmər Nəcməddin qızına həvalə olunub.

O, bu təyinata qədər ATV-nin "Xəbər” proqramının aparıcısı olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA