Soğanın qiymətində KƏSKİN UCUZLAŞMA - Bir kiloqramı...

Soğanın qiymətində KƏSKİN UCUZLAŞMA - Bir kiloqramı...

Yerli fermerlər yeni soğan məhsullarını toplayaraq artıq satış mərkəzinə göndəriblər.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, hazırda soğanın bir kiloqramı müştərilərə 30 qəpiyə təklif olunur. Alıcılar Kənddən Şəhərə satış mərkəzinə üz tutaraq soğanı 0.30 AZN-ə əldə edə bilərlər.

Qeyd edək ki, hazırda daxili bazarda 1 kq soğan 1,3 - 1,50 manata satılır ki, bu da, təxminən, 2 dəfə bahalaşma deməkdir. Belə ki, soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır. Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə 2-3 dəfə çox - 7 min tondan çox soğan ixrac edib ki, bunun da, təxminən, 6 min tonu Türkiyəyə göndərilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA