“Soydaşlarımın ilham mənbəyi olmaq istərdim” - ABŞ-ın ilk türk bələdiyyə sədri

  • 2019-01-11 16:47:54
  • |
  • Dünya /

“Soydaşlarımın ilham mənbəyi olmaq istərdim” - ABŞ-ın ilk türk bələdiyyə sədri

Hurriyyet.org xəbər verir ki, ABŞ-da bələdiyyə başçısı vəzifəsində işləyən ilk türk olan Tayfun Selen türk xalqına layiq olmağa çalışacağını və onların fəxr edəcəkləri bir bələdiyyə başçısı olacağına ümid elədiyini bildirərək deyib: “Onlara layiq olmağa çalışacağımı söyləyirəm və fəxr edəcəkləri bir bələdiyyə başçısı olacağıma ümid edirəm. Buradakı türk amerikalılara da bir ilham mənbəyi olmaq istəyərdim”.

ABŞ-a 23 il əvvəl köçən Selen, ötən həftə Nyu-Cersi əyalətinin təqribən 12 min nəfər əhalisi olan Çatham bələdiyyəsinin sədri seçilib. O, 1992-ci ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirib, 1996-cı ildə ABŞ-a mühacirət edib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA