Soyuq hava əllərinizi qurudursa... Təbii vasitələr

Soyuq hava əllərinizi qurudursa... Təbii vasitələr

Havanın soyuması dəri və saç quruluğuna yol açdığı kimi əllərə də təsir edir. Bəzən kremlər əllərin qurumasının qarşısını ala bilmir.

Odur ki, quruluq bütün qış davam edə bilər.

Bu yazıda oxucuları əllərin qurumasının və çatlamasının qarşısını alan təbii üsullarla tanış edirik.

Nəmləndirici xassələri olan sabun istifadə edin

Əlləri tez-tez yumaq qurumasına və çatlamasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün istifadə etdiyiniz maye sabunun yerinə, nəmləndirici xüsusiyyətə sahib olan sabunlara üstünlük verin. Tərkibində kimyəvi maddələr olan sabunlar əvəzinə təbii sabunlar alın.

Zeytun yağı

Zeytun yağı antioksidant xassələri və yağ turşuları sayəsində dərini dərindən nəmləndirirərək onun qurumasının qarşısını alır. Zeytun yağı dərinin elastikliyini bərpa edir, onu daha yumşaq və hamar edir. Əlləri gündə iki dəfə 5 -10 dəqiqə ilıq zeytun yağı ilə masaj edin.

Banan

Dəymiş banan nəmləndirici xüsusiyyəti sayəsində quru və kobud dəri üçün effektli nəmləndirici xüsusiyyətə malikdir. Bir-iki dilim bananı çəngəllə əzib püre edin. Daha sonra əllərinizə çəkib, yarım saat saxlayıb ilıq su ilə yuyun. Sonda nəmləndirici əl kremi sürtün.

Aloe vera

Aloe vera quru və qabıq vermiş dərini soyuğun təsirindən qoruyur. Təzə aloe vera yarpağını kəsib içindən geli çıxarın. Onu əllərinizə çəkib bir neçə dəqiqə yüngülcə masaj edin. 10-15 dəqiqə sonra ilıq su ilə uryuyun. Gündə 1-2 dəfə təkrar edin.

Yulaf əzməsi

Yulaf əzməsi quru, sərt və hamar səthli əllər üçün əsl məlhəmdir. Yulaf protein tərkibi ilə əlləri nəmləndirərək qurumağa qoymur.

2 yemək qaşığı yulafı yarım, ya 1 çay bal və bir az su ilə qarışdırıb xəmir konsistensiyasına gətirin. İçinə limon suyu sıxmaq da olar. Qarışığı əllərinizə sürtüb 10 dəqiqə gözləyin və ilıq su ilə yaxalayın. \\Publika.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz