Spiker deputatlara xəbərdarlıq etdi: "Mikrofonunuzu söndürəcəm”

Spiker deputatlara xəbərdarlıq etdi: "Mikrofonunuzu söndürəcəm”

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, o, deputatlara gündəlikdə olan məsələlər ətrafında çıxış etməyi tövsiyə edib.

Spiker qeyd edib ki, gündəlikdə olan məsələlərdən kənar danışmaq düzgün deyil:

“Xahiş edirəm ki, bunu nəzərə alasınız. Əks halda mikrofonunuzu söndürəcəm”.