“Sputnik Azərbaycan” jurnalist “ovu”na çıxıb - Agentliyin “erməni fitnəsi”ni pərdələmək CƏHDİ

“Sputnik Azərbaycan” jurnalist “ovu”na çıxıb - Agentliyin “erməni fitnəsi”ni pərdələmək CƏHDİ

Rusiyanın "Sputnik" Agentliyinin Bakı filialı olan "Sputnik Azərbaycan"la bağlı qalmaqal səngimək bilmir.

İddialara görə, “Sputnik”in baş redaktoru, erməni Marqarita Simonyan Azərbaycanda jurnalisti "satın alınması" haqda təlimat verib. Bu səbəbdən ki, Agentliyin bir aya yaxındır boş qalan şef-redaktor postuna namizəd tapmaq müşkülə çevrilib. Və M.Simonyandan "Sputnik Azərbaycan"ın rəhbəri Əziz Əliyevə “Yüksək maaşa maraqlı olan, eyni zamanda bizim tələblərimizə cavab verən bir redaktor tap” təlimatı verib.

Əziz Əliyev bu sifarişdən yola çıxaraq, Azərbaycan mətbuatında tanınmış, həmçinin Azərbaycan və rus dillərində bilən bir neçə jurnalistə "qarmaq atıb", onlara baş redaktor postu və 2 min dollardan artıq maaş təklif olunub. Təklif alan jurnalistlər isə son zamanlar "Sputnik Azərbaycan"ın adının erməni təbliğatı ilə birlikdə çəkildiyini əsas gətirərək, bundan imtina ediblər.
Belə təkliflər Əməkdar jurnalist, yazıçı, tanınmış qələm sahibi Natiq Məmmədliyə də edilib. O isə erməni təbliğat maşınının məqsədini bildiyini bəyan edərək, təklifdən imtina edib. Bu təklifin N.Məmmədlidən başqa, daha 3 tanınmış jurnalistə edildiyi və razılaşma olmadığı bildirilir.

Təklif alanlardan birinin də şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun olduğu bildirilir. İddialarda C.Əsgərovun təklifə isti münasibət göstərdiyi vurğulanır.

Qeyd olunur ki, şəhid oğlu C.Əsgərovun bu vəzifəyə gətirilmə istəyi erməni “dəyirmanına su tökmək” məqsədinin pərdələnməsinə xidmət edir.
Modern.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Ceyhun Əsgərovla əlaqə saxlayıb. C.Əsgərov isə "Sputnik Azərbaycan"dan təklif almadığını deyib:

“Bu məlumatı birinci dəfə sizdən eşidirəm. İlk dəfə eşitiyimə görə də hər hansı razılaşmadan söhbət belə gedə bilməz. Mən hazırda “Novosti-Azerbaydjan” Beynəlxalq İnformasiya Agentliyinin redaksiyasındayam, iş başındayam. Sabahkı materiallarla bağlı redaktorla məsləhətləşmələr aparırıq”.

C.Əsgərov hazırda “Novosti-Azerbaydjan”da baş redaktor vəzifəsində çalışdığını qeyd edib./modern.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA