SƏRDAR CƏLALOĞLU: “İqtidar cəmiyyətə yalnız inqilab yolunu açıq qoyub” - MÜSAHİBƏ

SƏRDAR CƏLALOĞLU: “İqtidar cəmiyyətə yalnız inqilab yolunu açıq qoyub” - MÜSAHİBƏ

“Ya hökumət dinc yolla hakimiyyətin dəyişilməsi yolunu götürməlidir, ya da inqilabi yol qalır”

“Qafqazda hakim millət Azərbaycan türkləri idi”

“Azərbaycanda elə oğlanlar var ki, onlar S-300-dən, S-400-dən, S-500-dən də yüksək qabiliyyətə malik hərbi texnika yarada bilərlər”

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/azerbaycanda_her_deqiqe_hakimiyyet_coke_kataklizm_ola_biler_-_srdar_clalolu)

- Bu günlərdə S-400 raket komleksini icad edən şəxsin azərbaycanlı alim İqor Aşurabəyli olduğu açıqlandı. Belə olduğu halda, bəs nə üçün Azərbaycanda bu cür nəhəg ixtiralara imza atmaq mümkün deyil?

- Keçən 50 ildə iki kosmik dövlət olub, bir Rusiya, biri də Amerika. Rusiyada 25 il kosmik tədqiqatların başında dayanan adam azərbaycanlı general-leytenant Kərimov olub. O, vaxtilə Sovet İttifaqı və Sosialist əməyi qəhrəmanı olub. İkinci kosmik dövlət olan Amerikada kosmik tədiqqatların əsas alimlərindən biri Lüfizadədir. Hansı ki, onun qeyri-səlis məntiqi peyklərin idarə edilməsində müstəsna əhəmiyyətə malikdir. Yəni 50 il dünyada azərbaycanlı alimlər rəhbər, aparıcı adam olublar. S-400 nədir ki! Azərbaycanda elə oğlanlar var ki, onlar S-300-dən, S-400-dən, S-500-dən də yüksək qabiliyyətə malik hərbi texnika yarada bilərlər. Amma buna sən imkan vermirsən, axı. Elə adamlar var ki, onlarda böyük ideyalar var. Məsələn, mən bir gənc alimə rast gəldim. O, lazer sahəsində elmi işlər aparmışdı. O, lazerlə minalanmış sahəyə daxil olmadan minaları yerindəcə məhv etməyin texnikasını müəyyənləşdirmişdi ki, dur qıraqda, həmin lazerlə harada mina var, oranı partlat. Baxın, bu adama Azərbaycan hökumət şərait yaradır? Və yaxud ciddi silah növlərini kəşf edən adamlar var. Azərbaycanda əl işi kimi az qala evində samalyot istehsal edən, uçan aparat düzdəldən adamlar var. Və yaxud səhrada su almaq, yeni təbii enerji əldə ertməklə bağlı Azərbaycanda çoxlu tədqiqatlar var. Amma görün, bunların birinə dövlət qayğısı varmı? Yox. Çünki neftdən gələn gəlirlər bütün sahələrə diqqəti azaldıb. Məmurları maraqlandırmır ki, kimsə silah istehsal edir. “Gedib elə Rusiaydan S-300 alaram da, nəyimə lazım özüm istehsal edirəm” deyə düşünürlər. Amma doğurdan da normal bir dövlət olsaydı, düşünərdilər. İsrailin 4 milyon əhalisi var, amma silah bazarına nəzarət edir. Azəbaycanın 10 milyon əhalisi var, gedib İsraildən, Rusiyadan silah alır. Özünün də, guya, hərbi sənayesi var. Hətta bizim alimlər gedib rəqiblərimzin güclənməsində iştirak edirlər. Bu, təkcə silah sahəsində deyil. Məsələn, dünyada nadir yerlərdən birində sümük iliyi köçürülməsi İtaliyadadır, onu azərbaycanlı köçürdür. Burada uzun müddət işləyib, imkan verməyiblər, gedib indi orada 150 min dollara talasemiyalı xəstələrə ilik köçürdür.

- Sərdar bəy, zaman-zaman iqtidar və müxalifət arasında dialoq məsələsi gündəmə gəlirdi. Bu fikir mediaya çıxanda hər dəfə iqtidar “qapımız açıqdır” tipli bəyanatlar verirdi. Qarşıda belə bir perspektiv görürsünüzmü?

- Əvvala, bu siyasi dialoqun nə olduğunu başa düşmürlər. İstər iqtidar, istərsə də müxalifət elə bilir ki, siyasi dialoq siyasi diskussiya deməkdir. Siyasi dialoqla siyasi diskussiyanı qarışdırırlar. Ona görə də biz bir araya gələn kimi diskussiya başlayır. Siyasi dialoq konkret olaraq milli problemlərin həllində iqtidarla müxalifətin həmrəyliyi deməkdir. Məslən, Türkiyədə MHP ilə AKP siyasi dialoq vəziyyətindədir. Ölkədə idarəetmənin oturuşması, prezidentlik üsul-idarəsinin qəbul edilməsi ilə bağlı MHP ilə AKP vahid mövqedən çıxış edir və bu gün də o mübarizəni aparırlar. Eləcə də PKK-ya qarşı mübarizədə siyasi dialaoq vəziyyətindədirlər. CHP siyasi dialoqdan kənardadır. Siyasi dialoq bizim başa düşdüyümz kimi diskussiya deyil. Siyasi dialoq milli problemlərin həllində iqtidarın və müxalifətin potensialından istifadə etməkdir. Bu günə qədər Azərbaycanda nə iqtidar müxalifətə təklif edir ki, gəlin, bu problemlərin həllində iştirak edin, nə də müxalifət hökumətə təklif edir. Düzdür, biz Qarabağla bağlı dəfələrlə təklif etmişik, iqtidar da qəbul etmir. Bunlar heç özləri bilmir ki, siyasi dialoq nədir. Sən qapı yox, deməlisən ki, filan sfera açıqdır, gəlin, dövlətin bu problemini, məsələn, Qarbağ və yaxud iqtisadi problemini birlikdə həll edək. Sən hansı qapıdan danışırsan? Mənim də qapım açıqdır, nə olsun. Bu siyasi dialoq deməkdir? Bu, onu göstərir ki, siyasi dialoqa bu cür münasibət bəsələyən adamların bundan xəbəri yoxdur. Siyasi dialoq politoloji bir anlayışdır. Dialoq birgə iş görməyi ifadə edir, danışmağı yox. Qarşılıqlı danışmaq diskussiyadır, dialoq yox.

- Adətən belə fikirlər səslənir ki, Azərbaycandakı dəyişiklik Ukayna və Gürcüstandan sonra olur. Artıq Amreikanın dəstəyi ilə Ukraynada sistem dəyişdi, Gurcüstanda da hakimiyyətin möveləri zəifləməkdədir və dəyişiklik labuddür. Sizcə, növbə Azərbaycana gələcəkmi?

- Əvvala, Azərbaycanın növbəsi əldən çıxdı. Çünki Gürücüstandakı “narıncı inqilab” oldu. Mütləq Azərbaycanda da inqilab olmalıydı. Amerikanlar bir şeydə uduzdular. Ona görə ki, Qafqazda əsas aparıcı oyuncu Azərbaycandır. Azərbaycan Ermənistandan, Gürcüstandan həm ərazisinə, həm əhalisinin sayına görə böyükdür, həm də tarixi ənənəyə görə bu, doğru eyil. Çünki bu Qafqaz xalqları cəmisi yüz ildir bizim idarəçiliyimizdən çıxıb. 400-500 il bundan qabaq Gürcüstan Azərbaycanın bir rayonu idi. Ermənistanda da yox idi, ermənilər də Azərbaycanda yaşayırdılar. Məsələn, oğul Aleksandr Duma Qafqaz səfərində yazır ki, fransız dili Avroda hansı rol oynayırsa, Azərbaycan türkcəsi də Qafqazda o rolu oynayır. O cümlədən dil hansı rolu oynayırsa, xalq da o rolu oynayır. Deməli, Qafqazda hakim millət Azərbaycan türkləri idi. Əli bəy Hüseynzadə Azərbaycanı tərk edib Türkiyəyə gedəndə gürcülər yazmışdı ki, Qafqaz xalqları yetim qaldı. Yəni Qafqaz xalqları Azərbaycan türklərini özlərinə valideyn, rəhbər kimi görürdülər. İstər Ermənistanın, istərsə Gürcüstanın XIX əsr maarifçilərini kim yetişdirdi? Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i. Abovyan və başqaları hamısı onun ətrafına toplanmışdı. Yəni Azərbaycan ziyalıları gürcülərin və ermənilərin siyasi, fəlsəfi şüurunun inkişaf etməsində, ədəbiyyatında rol oynayıb. Amma Amerika Gürcüstanı hədəf seçdi. Sonra da o inqilabı yaymadı. Bu “narıncı inqilab”lar ideyasını dayandırmaq olmazdı, dayandıran kimi proses geriyə gedəcək. Biz nə gördük? Gürcüstanda proses geriyə getdi. Çünki Rusiya özünü topladı. Gürcüstandakı proseslər geriyə döndərildi. Amerikanın Ukraynadakı prosesləri dayandırılıb, geriyə döndərilib. Moldovada proseslər yerindən tərpənə bilmir. Niyə? Əgər doğrudan bu demokratik inqilabları Amerika, Avropa dəstəkləyirsə, bir-birinin ardınca keçmiş SSRİ respublikalarında bunları həyata keçirməliydi. Yəni dayanmaq olmazdı. Ermənistanda, Azərbaycanda, Moldovada, Özbəkistanda, Qırğızıstanda bir-birinin ardınca bu inqilablar həyata keçirilməliydi və dəstəklənməliydi. Amma Azərbaycanda dəstəklənmədi. Bunun dərin köklərindən biri odur ki, Qərbdə hələ də müəyyən insanlar belə düşünürlər ki, müsəlmanların demokratikləşməsinə imkan vermək olmaz. Azərbaycan da bir müsəlman respublikası olduğuna görə bunu etmədilər. Baxmyaraq ki, Qafqazda demokratik hərəkat Azərbaycanda Gürcüstan və Ermənistandan qat-qat yüksək idi, onları dəstəklədilər, bizi dəstəkləmədilər. Burada həm də mədəniyyətlərarası ziddiyyətin açıq şəkildə bir rolu olduğu qeyd edilməlidir.

- Sərdar bəy, son vaxtlar mətbuata verdiyiniz bir müsahibədən sonra Azərbaycanda inqliab ehtimalları ön plana çəkilir. Bu inqilab mümkündürmü və Siz bunu necə görürsünüz?

- Təbii ki, biz Rusiya, İran inqilabı kimi inqilab nəzərdə tutmuruq. Yəni söhbət qəfləti dəyişilmələrdən gedir. Cəmiyyətdə qəfləti dəyişilmələr ola bilər. Bayaq dediyim kimi, təhdəlşüur olaraq vətəndaşlar kifayət qədər narazılığa düşərsə, bu dəyişilmələr ola bilər. Çünki indi bu narazılıq 90%-i keçib. Əvvəl neft gəlirləri gələndə ölkə əhalisinin 45%-i narazı idi, amma indi neft gəlirləri azaldığına görə bu narazılq 90%-ə çatıb. Hətta məmurların da bir çoxu narazıdır. Baxmayaraq ki, bu hakimiyyəti təmsil edirlər, hakimiyyətdən narazıdırlar. Eləcə də ölkədə aşkar demokratik mübarizə sferası daraldığına görə, bircə anti-demokratik mübarizə müstəvisi qalıb, xaricdə oturan bloqer xalqı açıq inqilaba çağırırlar. Bu baxımdan, bir tərəfdən islahatlar yolu ilə inkişafın qabağı alınır, o biri tərəfdən inqilabın tərəfdarları böyük sürətlə inkişaf edir və hakimiyyətdə olan qanadlar da inqilabi dəyişilmələrə dəstək verirlər. Ona görə, mənim gəldiyim qənat budur ki, Azərbaycanda bir çıxış yolu var, o da inqilabdır. Onun nə vaxt olacağını heç kəs müəyyən edə bilməz. 1917-ci ildə Oktyabr inqilabından 3 ay qabaq Lenindən soruşmuşdular ki, inqilab nə vaxt baş verəcək, o demişdi ki, bizim nəslimiz onu görməyəcək. 3 aydan sonra oktyabr inqilabı oldu. Yəni bu gün mən deyirəm ki, Azərbaycanda inqilab olacaq, bu, o demək deyil ki, indi inqilab olacaq. Ola bilsin sabah səhər olsun, ola da bilsin heç bizim nəsil onu görməsin. Amma bu inqilabın olması qaçılmazdır. Çünki bu dünyada hər şey dəyişilir. Heraklit 4 min il bundan əvvəl bir fikir demişdi ki, bu dünyada hər şey dəyişilir. O cümlədən hakimyyətlər, rejimlər, insanlar, mədəniyyətlər dəyişilir. Əgər Azərbaycan da bu dünyadadırsa, deməli, dəyişilmə baş verəcək. Dəyişilmənin də 2 yolu var: dinc yolu islahatlar yoludur, radikal yolu inqilabi yoldur. Ya hökumət dinc yolla hakimiyyətin dəyişilməsi yolunu götürməlidir, ya da inqilabi yol qalır. Üçüncü variant yoxdur ki. Hökumət də islahatlara getmədiyinə və islahatları imitasiya elədiyinə görə mən bu qənatə gəlmişəm ki, iqtidar yalnız cəmiyyətə inqilab yolunu açıq qoyub ki, buyurun, istəyirsiniz inqilab edin. İndi xalq nə vaxt qalxıb inqilab edəcək, bu, qanlı, qansız olacaq, hakimiyyətdaxili inqilab olacaq, bunu Allah bilir. Bilirsiniz, mən həm də politoloji elmlə məşğulam. Apardığım tədqiqatlar göstərir ki, Azərbaycanda dəyişilmələrin islahatlar yolu ilə getməsi istiqamətində iqtidar birmənalı müqavimət göstərir və o istiqamətlərin hamısını bağlayıb. Əks halda, nə müxalifətə, cəmiyyətə bu münasibət olardı, nə də iqtisadiyyatda və sosial həyatda bu cür biabırçılıqlar olardı.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA