Stansiyada dayanan yaşlı qadını relslərə belə itələdi - ŞOK VİDEO

  • 2019-07-18 12:25:30
  • |
  • Dünya /

Stansiyada dayanan yaşlı qadını relslərə belə itələdi - ŞOK VİDEO

Kanadada Stephanie Lee Favel adlı xanım qatar stansiyasında dayanan yaşlı qadını relslərə itələyib.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, 8 noyabrda baş verən hadisənin görüntüləri yayılıb.

Belə ki, qatar stansiyaya yaxınlaşanda Favel 64 yaşlı qadını relslərə doğru itələyib. Yavaş sürətlə hərəkət etdiyindən maşinist çətinlik çəkmədən qatarı dayandıra bilib. Mühafizəçilər isə şübhəli qadını saxlayıblar.

Favel məhkəmədə yaşlı qadını relslərə itələdiyini etiraf edib və ona 5 il həbs cəzası verilib.

Qeyd edək ki, hadisədə zərər çəkən qadın ağır yaralanıb və artıq yeriyə bilmir.

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA