Stiven Siqal Ermənistan və Dağlıq Qarabağa SƏFƏR ETMƏYİ PLANLAŞDIRMIR

Stiven Siqal Ermənistan və Dağlıq Qarabağa SƏFƏR ETMƏYİ PLANLAŞDIRMIR

Aktyor Stiven Siqalın Ermənistan və Dağlıq Qarabağa səfəri ilə bağlı erməni mətbuatında yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə aktyor "Instagram" sosial şəbəkəsində yazıb.

Aktyor bildirib: "KİV-lərdə Ermənistana səfərimlə bağlı yayılan məlumat səhvdir. Məni bir neçə dəfə Ermənistana dəvət ediblər, lakin mən heç vaxt razılıq verməmişəm. Həmçinin mən heç vaxt Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm, çünki Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyıram".

Qeyd edək ki, bu gün erməni KİV-lərində amerikalı aktyor Stiven Siqalın aprelin 22-də Ermənistana səfər edəcəyi ilə bağlı məlumat yayılmışdır. Həmçinin qeyd olunurdu ki, aktyor Dağlıq Qarabağa da səfər edəcək. \EurasiaDiary\

Loading...

QALEREYA