Sudan prezidenti ordunun baş qərargahında girov saxlanılır?

  • 2019-04-11 13:06:54
  • |
  • Dünya /

Sudan prezidenti ordunun baş qərargahında girov saxlanılır?

Hurriyyet.org xəbər verir ki, Xartum şəhərindəki prezident sarayından olan yüksək vəzifəli mənbənin “RİA Novosti” agentliyinə verdiyi məlumata görə, Sudan prezidenti Ömər əl-Bəşir hazırda ordunun baş qərargahının binasındadır. Mənbə agentliyə müsahibəsində bir sıra kütləvi informasiya vasitələrinin əl-Bəşirin çərşənbə gününün axşamından bəri ev həbsində saxlanıldığı barədə verdikləri xəbərləri təkzib edib.

Mənbənin sözlərinə görə saray əməkdaşları adi rejimdə işləməyə davam edirlər və hərbçilərin elanlarını gözləyirlər.

Livanın əl-Mayadeen televiziya kanalı bildirmişdi ki, hərbçilər əl-Bəşirin bütün postlardan məhrum edilməsini və hökumətin də istefaya göndərilməsini qərara alıblar. “RİA Novosti”nin məlumatına görə, ordu yaxın gələcəkdə ölkənin yeni rəhbər orqanının yaradılacağını elan edəcək.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA