Sudanda Hərbi Şura müxalifətlə keçid dövrü barədə razılığa gəldi - 3 İL MÜDDƏTİNƏ

  • 2019-05-15 13:52:42
  • |
  • Dünya /

Sudanda Hərbi Şura müxalifətlə keçid dövrü barədə razılığa gəldi - 3 İL MÜDDƏTİNƏ

Sudan Hərbi Şurası “Azadlıq və dəyişiklik uğrunda” alyansın nümayəndələri ilə ölkədə üç illik keçid dövrünün müəyyən edilməsi barədə razılığa gəlib.

Al Arabiya telekanalının yaydığı məlumata görə, ölkənin hərbi hakimiyyəti, eyni zamanda, 300 nəfərdən ibarət qanunverici şuranın yaradılmasına dair müxalifətlə saziş əldə edildiyini bildirib. Hərbçilər yaxın 24 saat ərzində alyansla sazişi tam rəsmiləşdirəcəklər.

Azərtac xatırladır ki, aprelin 11-də ölkədə hərbi çevriliş edən Sudan ordusu dövlət başçısı Ömər əl-Bəşiri hakimiyyətdən uzaqlaşdırıb və ölkədə müvəqqəti Hərbi Şura qurub.

2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə dərin iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrın ortalarından başlayaraq çörəyin qiymətinin ucuzlaşması tələbi ilə keçirilən xalq etirazlarında sonradan 30 ilə yaxın ölkəyə rəhbərlik edən Ömər əl-Bəşirin siyasi rejiminin dəyişdirilməsi tələbi irəli sürülüb. Bir neçə ay davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb, bir neçə min nəfər isə həbs edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA