Sudanın müdafiə naziri Quran üzərində and içdi

  • 2019-04-12 10:12:21
  • |
  • Dünya /

Sudanın müdafiə naziri Quran üzərində and içdi

Sudanın müdafiə naziri və birinci vitse-prezidenti Avad ibn Auf ölkənin keçid hərbi şurasının başçısı qismində Quran üzərində and içib.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, ölkənin baş qərargah rəisi Kəmal Abdel Maaruf onun müavini təyin olunub.

Qeyd edək ki, Sudan əhalisinin 99% müsəlmandır.

Cümə axşamı bu ölkədə hərbi çevriliş baş tutub və prezident Omar əl-Bəşir silahdaşları ilə birlikdə həbs olunub.

Hərbi şura ölkədə hakimiyyəti əla alıb və 2 illik keçid dövrü elan edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA