Süleyman Özışık: “500 min lirə necə oldu?”

Süleyman Özışık: “500 min lirə necə oldu?”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin facemakale.com saytında Süleyman Özışıkın “AKP Bank” adlı yazısı işıq üzü görüb. Məqalədə deyilir:

“Birinci dünya Müharibəsi dövründə Osmanlı torpaqları işğal edildi. O dövrdə müsəlmanların yaşadığı zülüm və xəlifənin xristianların əlində əsir vəziyyətinə düşməsindən sonra hind müsəlmanları hərəkətə keçdilər.

Qurulan dərnəklər vasitəsilə toplanan 875 min lirə Ankaraya çatdırıldı. Bu pul Maliyyə Nazirliyinin qeydlərində əksini tapmadı və xəzinəyə daxil olmadı.

Bəs nə oldu?

Birbaşa Mustafa Kamal Attürkün Osmanlı bankındakı hesabına keçirildi. Müharibəyə hazırlıq aparılarkən Qurtuluş Savaşı üçün göndərilən pullara əl vurulmadı.

Pulun 500 min lirəsi Böyük Hücumdan əvvəl ehtiyacların ödənilməsi üçün Qərb Cəbhəsinin komandiri İsmət Paşaya verilsə də, savaşdan sonra 385 min lirə Atatürkə geri qaytarıldı və bir daha heç istifadə edilmədi.

Xristianların əsiri olan Xəlifəni xilas eləmək üçün də istifadə edilmədi. Xilas eləmək bir yana, bu pullar Osmanlı bankında yatdığı bir vaxtda Xəlifə əvvəlcə xaricə göndərildi, sonra isə xəlifəlik ləğv edildi.

Maraqlı deyilmi?

Lakin sonrası daha da maraqlıdır.

Mustafa Kamal Atatürk xəlifə üçün, ölkənin xilası üçün göndərilən o puldan bacısı Makbule xanıma da təqaüd ayırdı.

Bunu mən demirəm, sevgili qardaşım, mənə əsəbiləşmə! Bu məlumatı Atatürkün yaxınlarından olan Hasan Rıza Soyak özü xatirələrində yazır. İndiyə qədər buna etiraz edən bi CHP üzvü çıxmayıb!

İş Bankının qurulmasına gəlincə …

İş Bankının qurucusu Celal Bayar, 1982-ci ilin mayında dərc edilən “İş Dərgisi”nə verdiyi açıqlamdada deyir: “Atatürk dedi: “Get Osmanlı Bankından 250 min lirə götür və bu işə başla”.

Qalan pulun nə olduğu, haraya xərcləndiyi isə bilinmir!

Bayarın verdiyi məlumata görə, bankın quruluş sərmayəsi 1 milyon lirə olaraq müəyyənləşdirilib. Hindistan müsəlmanlarından gələn 250 min lirədən qalan pul isə tamamilə Osmanlı dövlətinin mənbələrindən təmin edilib.

CHP qurulan bankın 28 faizinə ortaq edildi və bu ortaqlıq hələ də olduğu kimi davam edir. 4 CHP üzvü də bankın idarə heyətində çalışır.

O pulun bugünkü dəyərinin nə qədər olduğunu da söyləyim qardaşıma...

Təqribən 22 milyard türk lirəsi!

Yaxşı, bu xoşagəlməz xatirəni niyə yazdım?

Baxdım ki, prezident Ərdoğan İş Bankının quruluşunu və idarəsini tənqid elədiyi üçün əsəbiləşməyə başladın. Baxdım ki, həmişə olduğu kimi “oğru Tayyib” şüarları səsləndirməyə başlamısan.

Sənə inandığın ideologiyanın kirli keçmişini xatırlatmaq istədim”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz