Sumqayıt sakini bıçaqlanaraq öldürüldü

Sumqayıt sakini bıçaqlanaraq öldürüldü

Sumqayıt şəhər sakini bıçaqlanaraq öldürülüb.

Hurriyyet.org xəbər verir ki, hadisə şəhərin 29-cu məhəlləsində, 13 saylı yataqxanada baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Elxan Gülağa oğlu Həbibov bıçaqlanıb. O, ağır bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən dərhal sonra mərhumun yeznəsi saxlanılsa da, sonradan sərbəst buraxılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb./report/

Loading...

QALEREYA