2 uşaq anasını zorlayıb öldürən şəxsin məhkəməsi başladı

2 uşaq anasını zorlayıb öldürən şəxsin məhkəməsi başladı

Sumqayıtda qətl törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclasları qapalı keçiriləcək.

Bildirək ki, F.Nuriyev tərəfindən 1982-ci il təvəllüdlü Sevda Bayramova qətl yetirilib.

Məlumata görə, Fəttah Nuriyev qadını zorlayıb və boğaraq öldürüb. S.Bayramova ailəli və 2 övlad anası olub.

Fəttah Nuriyev idmanla məşğul olub, Sumqayıtda 10 nömrəli məktəbdə məşq keçirmiş. Sumqayıtda 3-cü mikrorayonda yaşayıb və 1 azyaşlı övladı var./musavat.com/

Loading...

QALEREYA