Sumqayıtda aptekin qarşısında ÖLÜM hadisəsi

Sumqayıtda aptekin qarşısında ÖLÜM hadisəsi

Sumqayıtda aptekin qarşısında kişi meyiti aşkarlanıb.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 17:00 radələrində, Sumqayıt şəhəri 40-cı məhəllədə qeydə alınıb. Aptekə girmək istəyən təqribən 70-75 yaşlı kişi hər kəsin gözü qarşısında qəfil yerə yıxılaraq orada dünyasını dəyişib.

Sumqayıt şəhəri Təcili Tibbi Yardım stansiyasından verilən məlumata görə, ölən şəxsin üzərində onun kimliyini təsdiq edən sənəd olmadığından şəxsiyyəti müəyyən etmək mümkün olmayıb. İlkin ehtimallara görə, ölümə səbəb ürəktutması olub.

Ölən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilərək morqa göndərilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA