Sumqayıtda ər hamilə arvadına dəhşətli işgəncə verdi - ŞÜŞƏ İLƏ...

Sumqayıtda ər hamilə arvadına dəhşətli işgəncə verdi - ŞÜŞƏ İLƏ...

Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb.

Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, kirayədə yaşayan, Arzu Hüseynova əri 28 yaşlı Fuad Hüseynov tərəfindən möhkəm döyülüb. Daha sonra kişi qadının əl və qol nahiyələrini şüşə parçası ilə kəsib. Qadın aldığı xəsarətlərdən huşunu itirib. Hadisəni törədən ər evdən xanımına məxsus qızılları da götürərək qaçıb.

Hadisə yerinə dərhal Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb edilib.

Zərərçəkmiş Arzu Hüseynovanın ərizəsi qəbul edilib və ona ekspertiza təyin edilib.

Qeyd edək ki, A.Hüseynova 5 aylıq hamilədir.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA