Sumqayıtda qadın abort zamanı öldü - Həkim işdən çıxarıldı

  • 2019-02-19 15:39:36
  • |
  • Ölkə /

Sumqayıtda qadın abort zamanı öldü - Həkim işdən çıxarıldı

Fevralın 16-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı xəstəxanada qadın abort zamanı dünyasını dəyişib.

Hurriyyet.org xəbər verir ki, bununla bağlı oxu.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, beş aylıq hamilə qadın abort zamanı ölüb.

Hadisədən sonra 1978-ci il təvəllüdlü Ç.N.-ni abort edən həkim Gülnarə Təkləvi işdən uzaqlaşdırılıb.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İstintaq yekununda həkimin təqsiri təsdiqlənərsə, ona müvafiq cəza veriləcək.

Qeyd edək ki, bu barədə ilk məlumatı xəbərlə.com saytı yayıb. Ölən qadın iki uşaq anası olub. Saytın yazdığına görə, hadisədən sonra həkim G.Təkləvi affekt vəziyyətinə düşüb, intihara cəhd edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA