Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO

Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO

Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə 555 saylı marşrut xətti ilə Qaradağ rayonu Müşfiq qəsəbəsindən Sumqayıt istiqamətində hərəkət edən 50-AE-457 dövlət nömrə nişanlı avtobusun 90-VB-910 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə toqquşduğu əks olunub.

Hadisənin avtobusun ötmə əməliyyatını pozması nəticəsində baş verdiyi qeyd edilib.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA