Sumqayıtda sexdən 31 ton metal oğurlandı

Sumqayıtda sexdən 31 ton metal oğurlandı

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə şəhər ərazisindəki müəssisələrin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, zərərçəkmiş Bakı şəhər sakini T.Ələsgərov 2018-ci ilin dekabr ayından cari il may ayının 14-dək olan müddətdə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən "Azərbaycan məişət malları” ASC-nin həyətində icarə əsasında işlətdiyi metaləritmə sexindən 31 ton əlvan metal qırıntılarının oğurlandığını bildirib. Müraciətlə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri Anar Kərimov və Rəşad Əzizovu müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların qeyd edilən əlvan metal qırıntılarını şəhər sakini olan bir nəfərə satdıqları müəyyən edilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA