Sumqayıtdakı dəhşətlə bağlı nazirlikdən AÇIQLAMA: Hamilə və vəziyyəti ağır olanlar var

Sumqayıtdakı dəhşətlə bağlı nazirlikdən AÇIQLAMA: Hamilə və vəziyyəti ağır olanlar var

Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən 6 nəfəri reanimasiyaya yerləşdirilib.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, yaralılardan biri əməliyyat otağına götürülüb:

"Yaralıların biri isə hamilə qadındır. Ölən yoxdur, amma vəziyyəti ağır olanlar var".

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA