Sumqayıtdakı evini satıb Rusiyada biznes qurdu, BAŞINA GƏLMƏYƏN QALMADI

Sumqayıtdakı evini satıb Rusiyada biznes qurdu, BAŞINA GƏLMƏYƏN QALMADI

Sumqayət şəhəri H. Z.Tağıyev qəsəbəsi ev 2 sakini, hazırda Rusiya Federasiyasının Tula şəhərinin Şolkin rayonu Yemilyanov küçəsi ev 8 mənzil 35-də yaşayan Əliyev Natiq Söhrab oğlu tərəfindən Hurriyyet.org-un elektron poçtuna şikayət məktubu daxil olub. Müəllif saytımız vasitəsilə Azərbaycanın Rusiyadakı səfiri hörmətli Polad Bülbüloğluna, Rusiyanın Azərbaycandakı səfiri Georgi Zuyevə və diaspor cəmiyyətinə müraciət edib:
“Mən 2000-ci il tarixdən Azərbaycandan Rusiyaya gəlib, Tula oblastının Şolkin rayonunda biznes qurmuşam. Bütün işlərimi qaydasında, lazım olan qanunu sənədlərlə aparıb dövlətə vergi ödəmişəm. Rusiyanı özümə ikinci vətən hesab edirəm. Ancaq təxminən bir il öncə 3 nəfər vəzifəli şəxs tərəfindən aldadılmışam ki, buna görə sahibkarlıq fəaliyyətimi dayandırmışam. Hansı ki, həmin şəxsləri himayə edən Tula şəhərinin meri belə hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Həmin 3 nəfər vəzifəli şəxs isə azadlıqdadırlar. Onların da cinayət törətməsini təsdiq edən konkret subutlarım var. Belə ki, həmin üç nəfər Serqeyev Yuri Dimitirioviç, Lyustqarten Roman Yuriyeviç və Ermakov Serqey Aleksandroviçdir. Onlar həbs edilən şəhər merinin himayəsində olan MMC-nin təsisçiləridir. Onların MMC-ləri tərəfindən Şolkin rayonunda 1 700.000 rubl ödəyib 3 ədəd palatka (ticarət köşkü) aldım. Bunun üçün Sumqayıtda olan evimi satıb onlara ödədim. Təxminən bir il sonra laryoku həmin 3 nəfər şəxs qanunsuz olaraq əlimdən alıb başqa şəxslərə icarəyə verdilər, ancaq ödədiyim 1700.000 rubl pulumu özümə qaytarmadılar. Həmin 3 nəfər MMC-nin əməkdaşlarını həbs edilən şəhər meri himayə edirdi.
Mən üzləşdiyim bu cinayət barədə şikayət etsəm də, baxılmayıb. Buna görə mən Azərbaycanın Rusiyadakı səfirliyinə gedib, müraciət etdim. Oradan mənə araşdırılacağına söz verilsə də, indiyə qədər kömək olunmamışdır.
Mən mətbuat vasitəsi ilə Azərbaycanın Rusiyadakı səfiri cənab Polad Bülbüloğluna və Rusiyanın Azərbaycandakı səfiri Georgi Zuyevə müraciət edib, çox-çox xahiş edirəm ki, mənə qanuni qaydada köməklik edəsiniz. Mənə vurulmuş ziyan həmin MMC-nin əməkdaşları tərəfindən ödənilməsini xahiş edirəm. Hazırda iki azyaşlı uşağım və həyat yoldaşımla birlikdə borc içində Rusiyada yaşayırıq. İnanıram ki, səfir Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı səfiri Georgi Zuyev bu işdə mənə yaxından köməklik edəcək”.


Hurriyyet.org
P.S. Mövzunu diqqətdə saxlayacağıq.

Loading...

QALEREYA