Sumqayıtdakı partlayışla bağlı YENİ XƏBƏR

  • 2019-03-28 10:15:18
  • |
  • Ölkə /

Sumqayıtdakı partlayışla bağlı YENİ XƏBƏR

Sumqayıt şəhərində yerləşən poladəritmə sexində baş vermiş partlayışla bağlı cinayət işi açılıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən poladəritmə sexində qeydə alınan və insan intkisi ilə nəticələnən hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Digər yaralıların müalicəsi davam etdirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA