Suraxanının icra başçısı 6 vətəndaşın torpağına GÖZ DİKİB - VİDEO/FOTOLAR

Suraxanının icra başçısı 6 vətəndaşın torpağına GÖZ DİKİB - VİDEO/FOTOLAR

İlqar İsmayılov: «Cənab Prezident, 6 vətəndaşın əlində özəlləşdirilmiş, şəxsi əmlakı olan bağ sahələrinə aid rəsmi sənədlər olduğu halda, bu sahələri Suraxanının İcra başçısının olduğu deyilən «Simurq» istirahət mərkəzinə qatmaq istəyirlər…»

«Ən dəhşətli hal budur ki, vətəndaşlara 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimlərinin əli ilə təzyiq edirlər, bu isə görünməmiş biabırçılıqdır…»

«Təzadlar» qəzeti redaksiyasına Əhmədova Sevinc İdris qızı, Həşimov Şaiq Həşim oğlu, Rəhimov Ələm Səməndər oğlu, Seyidova Salatın Muxtar qızı, Əhmədov Aydın Muxtar oğlu və Əhmədov Oktay Muxtar oğlunun adından şikayt məktubu və əlavə olunmuş sənədlər təqdim edilib. Şikayətçilər cənab Prezident İlham Əliyevdən kömək istəyirlər. Bu müraciətlərin birini adı çəkilən şikayətçilərin rəsmi nümayəndəsi İsmayılov İlqar Raqub oğlu imzalayıb və redaksiyamıza göndərib. Söhbət Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun adı çəkilən şikayətçi vətəndaşların əllərində şəxsi əmlaka dair «Çıxarış»lar olduğu halda, onlara məxsus bağ sahələrinin ələ keçirməsindən gedir. Daha doğrusu, şikayətçilərin cənab Prezident İlham Əliyevə müraciətlərindən belə məlum olur.
Şikayət məktubunda ciddi ittihamlar olduğundan vətəndaşların özləri ilə bir-bir əlaqə saxladıq, yazılanları dəqiqləşdirdik. Onlar bizi əraziyə, yəni Suraxanı rayonunun Hövsan qəsəbəsinə aid dənizkənarı çimərlik-bağ sahəsinə dəvət etdilər…

«Simurq» çimərlik-istirahət mərkəzindən gözü doymayanlar…

Beləliklə, əllərində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq «Çıxarışlar»ı olan
şikayətçilərlə elə qalmaqallı ərazidə görüşdük. Məlum oldu ki, 6 nəfərə məxsus həmin özəl bağ sahələri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasova məxsus olduğu deyilən (ərazidə çalışan işçilərdən də soruşduq, «Simurq»un icra başçısına məxsus olduğunu bildirdilər) «Simurq» çimərlik-istirahət mərkəzinin böyründədir. Mübahisə də elə 6 nəfərə məxsus bağ sahəsinin ələ keçirilərək «Simurq»un ərazisinə qatılması iştahından qaynaqlanıb. Belə ki, dənizin düz sahil zolağında yerləşən «SimurQ»çular onlara paralel ərazidəki bu bağ sahələrinin ələ keçirilməsi indiki bazar iqtisadiyyatı şəraitində hava-su kimi lazımdır. Amma bu gərək halallıqla, vətəndaşların razılığı ilə olsun…
Yeri gəlmişkən, ərazidə olarkən qəribə hallarla rastlaşdıq. Məlum oldu ki, Ekologiya Nazirliyinin və FHN-nin məxsusi Departamentinin yoxlamaları ilə müəyyən edilib ki, ətraf qəsəbədən gələn çirkab və qrunt suları təmizlənmədən birbaşa «Simurq»un ərazisi olan çimərliyə axıdılır. Hətta FHN və Ekologiya Nazirliyi həmin ərazidə çimməyi qadağan edən xəbərdaredici lövhələr də asıb, amma «Simurq» rəhbərliyi buna da məhəl qoymur. Bu barədə daha ətraflı bəhs edəcəyik.

Bəs İcra başçısı İlqar Abbasov vətəndaşların şəxsi mülkünü niyə zor gücünə əllərindən almaq istəyəir?

Beləliklə, şəxsi mülk sahiblərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və surəti Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədova və «Təzadlar» qəzeti redaksiyasına ünvanlı şikayətində deyilir:
Çox hörmətli Cənab Prezident!
Hörmətli cənab nazir!
Biz-Əhmədova Sevinc İdris qızı, Həşimov Şaiq Həşim oğlu, Rəhimov Ələm Səməndər oğlu, Seyidova Salatın Muxtar qızı, Əhmədov Aydın Muxtar oğlu və Əhmədov Oktay Muxtar oğlu
bu şikayətimizlə diqqətinizə çatdırırıq ki, bizlərin müvafiq dövlət sənədləri ilə bağ sahəmizi Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ələ keçirmək istəyir. Biz 3 ildən çoxdur süni məhkəmə çəkişmələrinə məruz qalmışıq. Belə ki, məsələn, mən-Əhmədova Sevinc İdris qızına Bakı şəhər XDS İcraiyyə Komitəsinin “Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi” ilə bağlanmış 17705 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 18 “b” saylı bağ sahəsi, Həşimov Şaiq Həşim oğluna Bakı şəhər XDS İcraiyyə Komitəsinin “Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi” ilə bağlanmış 17706 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən yenə də həmin ərazidəki sahəsi 0,25 ha olan 18 “v” saylı bağ sahəsi, Rəhimov Ələm Səməndər oğluna Bakı şəhər XDS İK-nin“Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi” ilə bağlanmış 17707 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən sahəsi 0,25 ha olan 19 “b” saylı bağ sahəsi, Seyidova Salatın Muxtar qızına Bakı şəhər XDS İK-nin “Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi” ilə bağlanmış 17708 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən sahəsi 0,25 ha olan 19 “c” saylı bağ sahəsi, Əhmədov Aydın Muxtar oğluna Bakı şəhər XDS İK-nin “Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi” ilə bağlanmış 17703 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən sahəsi 0,25 ha olan 17 “b” saylı bağ sahəsi və Əhmədov Oktay Muxtar oğluna Bakı şəhər XDS İK-nin “Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi” ilə bağlanmış 17704 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən sahəsi 0,25 ha olan 17 “v” saylı bağ sahəsi icarəyə verilmişdir. Artıq həmin torpaq sahələri 2012-ci il tarixdən qeyd olunan biz vətəndaşların xüsusi mülkiyyətindədir.


SURAXANININ İCRA BAŞÇISI 6 VƏTƏNDAŞIN TORPAĞINA GÖZ DİKİB-VİDEO-FOTOLAR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SURAXANININ İCRA BAŞÇISI 6 VƏTƏNDAŞIN TORPAĞINA GÖZ DİKİB-VİDEO-FOTOLAR

 

 

 

 

 

 

 

 

 

 

 

Əlimizdə Əmlak Məsələləri Dövlət Komitəsinin yannında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq «Çıxarışlar»ı vardır. Biz icarəçilərin hər biri xüsusi mülkiyyətlərinə verildikdən sonra, yəni 2012-ci ildən həmin bağ sahələrinin ərazisini bataqlıq və istifadə üçün yararsız olduğu üçün tərəfimizdən həmin ərazilərdə uzun müddət qurutma və təmizlik işləri aparılmışdır. Nəhayət, istifadə üçün yararlı bir vəziyyətə gətirilmişdir. Bundan sonra biz istifadəmizdə olan həmin bağ torpaq sahələrinin icarəçisi hesab edilməsi və bağ torpaq sahəsinin plan-ölçü sənədlərinin verilməsi barədə iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdik. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin müvafiq qərarlarına əsasən biz iddiaçıların iddiaları təmin edilmiş və həmin məhkəmə qərarlarına əsasən də həmin bağ torpaq sahələri biz icarəçilərin hər birinin adına dövlət qeydiyyatına alınaraq Çıxarışlar verilmiş və hasarlama işləri aparılmağa başlamışdır. Bütün bunlardan sonra həmin bağ torpaq səhələrinin qonşuluğunda yerləşən “Simurq” istirahət mərkəzinin faktiki sahibləri olan Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov və onun müavini Etibar Yolçuyevin köməkliyi ilə onların adamları mülkiyyətimizdə olan bağ torpaq sahələrinin hasarlarını dağıtmağa başlamışlar. Bundan sonra bizim onların bu hərəkətlərindən müxtəlif yuxarı dövlət orqanlarına müraciətlərimiz oldu və onlar bu görünməmiş qanunsuz əməllərindən çəkindilər. Lakin bizdən və göz dikdikləri halal mülkümüz olan bağ sahəsindən əl çəkmədilər.

SURAXANININ İCRA BAŞÇISI 6 VƏTƏNDAŞIN TORPAĞINA GÖZ DİKİB-VİDEO-FOTOLAR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Beləliklə, qanunsuz və əsassız olaraq məhkəmə orqanlarına müraciət etdilər və həmin bağ torpaq sahələrinin biz vətəndaşların adına dövlət qeydiyyatına alınması barədə olan Çıxarışların verilməsinə əsas olan qərarların ləğv edilməsinə çalışdılar. Bunun üçün o yol qalmadı getməsinlər. Nəhayət, onlar bizə təzyiq etmək üçün vaxtilə lehimizə qərar qəbul etmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimləri-Kərimli Rüstəm Lətif oğlundan, Mustafayev Etibar Mustafa oğlundan, Tağıyev Zaur Müzəffər oğlundan və Babayeva Hökumə Çingiz qızından istifadə etdilər.
Cənab Prezident! İcra başçısı İlqar Abbasov bu kimi hakimlərin köməklərindən istifadə edərək 2015-2019-cu illər ərzində «məhkəmə karuseli» yaradaraq bizim şəxsi mülkiyyətimizdə olan bağ torpaq sahələrini nəyin bahasına olur-olsun əlimizdən almaq istəyirlər. Özü də heç bir kompensasiya təklif etmədən. Axı bu necə mümkündür??? Baxmayaraq ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifədəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idrəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqları əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir”.
Cənab Prezident! Göstərilənləri nəzərə alaraq Sizdən xahiş edirik: Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifədəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların mülkiyyətlərinə verilmiş bağ torpaq sahələrinin Suraxanı rayon İcra Hakimiyyətinin rəhbərliyinin “öz əlaqələrindən istifadə etməklə” biz vətəndaşların əllərindən alınması cəhdinin qarşısını almaq üçün müvafiq göstərişlər verəsiniz.
***
Redaksiyadan: əməkdaşlarımız şikayətçilər-Əhmədova Sevinc İdris qızı, Həşimov Şaiq Həşim oğlu, Rəhimov Ələm Səməndər oğlu, Seyidova Salatın Muxtar qızı, Əhmədov Aydın Muxtar oğlu və Əhmədov Oktay Muxtar oğlununrəsmi nümayəndəsi İsmayılov İlqar Raqub oğlu ilə də ərazidə görüşmüşlər. Sonra onu redaksiyamıza dəvət etdik. Onun tərəfindən təqdim edilmiş rəsmi sənədlər və məhkəmə qərarlarının təhlilini isə növbəti yazıda təqdim edəcəyik…
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu


SURAXANININ İCRA BAŞÇISI 6 VƏTƏNDAŞIN TORPAĞINA GÖZ DİKİB-VİDEO-FOTOLAR
SURAXANININ İCRA BAŞÇISI 6 VƏTƏNDAŞIN TORPAĞINA GÖZ DİKİB-VİDEO-FOTOLAR

SURAXANININ İCRA BAŞÇISI 6 VƏTƏNDAŞIN TORPAĞINA GÖZ DİKİB-VİDEO-FOTOLAR