“Suriya məsələsini danışıqlar masasında yox, meydanda həll edəcəyik” - ƏRDOĞAN

  • 2019-03-30 15:16:02
  • |
  • Dünya /

“Suriya məsələsini danışıqlar masasında yox, meydanda həll edəcəyik” - ƏRDOĞAN

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan Türkiyə hakimiyyətinin Suriya məsələsinin danışıqlar masasında yox, meydanda həll olunacağını bildirib. Bu sözləri dedikdə o, Suriyanın şimalındakı YPG/PKK terrorçularına qarşı yeni əməliyyatlar aparılmasını nəzərdə tutub. Rəsmi Ankara bu əməliyyatları sabah keçiriləcək bələdiyyə seçkilərindən sonra aparmağı planlaşdırır. Ərdoğan deyib: “Bazar ertəsindən sonra biz yeni qüvvə ilə yolumuza davam edəcəyik”.

Türkiyə hələ ötən ilin dekabr ayında Suriyadakı PKK terrorçularının Fərat çayının şərqində və Menbiçdə əməliyyat aparılmasına başlamağa hazır olduğunu bildirmişdi. Lakin ABŞ prezidenti Donald Tramp ABŞ hərbçilərini Suriyadan çıxarmaq qərarını bildirəndən və Ərdoğana zəng edəndən sonra o, bu əməliyyatı təxirə salmışdı.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA