SURİYA MÜNAQİŞƏSİNDƏ MÜTTƏFİQLƏRİN ETİMADSIZLIĞI: Rusiya-İran tərəfdaşlığının ən böyük problemini üzə çıxarır - TƏHLİL

SURİYA MÜNAQİŞƏSİNDƏ MÜTTƏFİQLƏRİN ETİMADSIZLIĞI: Rusiya-İran tərəfdaşlığının ən böyük problemini üzə çıxarır - TƏHLİL

Maksim Suçkov

“Al-Monitor” (ABŞ)

Rusiya prezidenti Vladimir Putin Suriyada, Fərat çayının hər iki tərəfində İŞİD üzərində tam qələbə qazanıldığını elan edib. O, dekabrın 6-da bölgədəki hərbi əməliyyatın başa çatdığını, Suriyada prezident və parlament seçkiləri ilə, siyasi və demokratik prosesə keçid ediləcəyini açıqlayıb.

Putinin bu bəyanatı və eyni zamanda, dördüncü dəfə prezidentlik yarışına qoşulması ABŞ prezidenti Donald Trampun eyni gündə Qüdsü İsrailin paytaxtı olaraq tanıdığı mübahisəli bir açıqlama ucbatından kölgədə qalıb. Ancaq (bu ay keçiriləcək) Suriya Milli Dialoq Konqresi və Bəşər Əsədlə İransız görüşü, "Suriyada kürdlərə daha geniş bir muxtariyyət verilməsi” və s. hekayətlər Suriyadakı çoxsaylı problemləri izah edir.

Bəzi müşahidəçilər Rusiyanın Suriya münaqişəsinin nizamlanma prosesini daha çox "idarə etməsi" təşəbbüsündən qayğılanır. Rusiyanın özü də daxil olmaqla, başqaları Moskvanın rolunun tədricən azaldılacağını iddia edirlər, çünki bu halda digər tərəflər – xüsusilə Türkiyə və İran – daha böyük təhlükə ilə önə çıxacaq.

Bu, mütləq şəkildə qarşılıqlı müstəsna ssenarilər deyil. Rusiyanın bu prosesdə hazırkı rolu hələ də mübahisəli olsa da, obyektiv olaraq lazımlıdır. İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və ya Birləşmiş Ştatlar – onların hər birinin öz səbəbləri və motivləri var və buna əsasən Rusiyanın etdiyini icra edə bilməzlər: siyasi prosesi irəliyə doğru hərəkət etmək üçün müxtəlif fikirlərlə yanaşı, hər cür yerli və regional oyunçu bir-birinə qarşı çıxır. Bəziləri digər alternativlərə malik olmayan Moskva ilə işləmək məcburiyyətindədir. Digərləri, həqiqətən, Rusiyanı öz nümayəndələri kimi görürlər. Düzgün və ya yanlış olsalar da, Rusiyadan istədikləri hər şeyi ala biləcəklərini düşünürlər.

Moskva qismən, hisslərini qəbul etmək üçün çubuğu yüksək səviyyəyə yerləşdirməkdə günahkardır. Son illərdə Putin dünyanın böyük hissəsini Rusiyanın Suriyada və Yaxın Şərqdəki qüdrətinə əmin edib, bununla da prosesi idarə etmək üçün yolunu açıb. Buna görə də, bölgədəki bir çox ölkə Suriyadakı gerçək vəziyyəti Rusiyaya nisbətən qeyri-dəqiq təsəvvür edir.

Bu "dərketmə tələləri”ndən biri Əsəd hökumətinin Moskvanın nəzarətində olması inancıdır. Əsəd üzərində başqa təzyiq vasitəsi olmadığından, Qərb və regional hökumətlər Rusiyanın təsadüfi uğurlarına istinadla, ona müraciət etməyə davam edirlər. Əslində, Rusiyanın Suriyadakı münaqişəyə birbaşa cəlb olunmasının iki illik dövründə Əsədin nə dərəcədə Moskvanın nəzarətində olduğunu qiymətləndirmək hələ də mümkün deyil.

Rusiya hərbi və kəşfiyyat kimi bəzi əsas sahələrdə təsirlidir. Hərbi müşavirlər Suriya ordusuna təlim keçirlər, rus zabitlər hökumət qüvvələrini əməliyyatlara hazırlayır və xüsusi söhbətlərdə Rusiya diplomatlar Əsədin Kremlin rəyinə qulaq kəsildiyini söyləyirlər. Eyni zamanda, Moskvada Əsədin şəxsi sədaqətinə və ya Rusiyanın siyasi müxalifətlə danışıqlar aparmasına dair səylərinə baxmayaraq, iqtidarını saxlamağa dair ambisiyaları haqqında heç bir illüziya yoxdur.

Moskva hələ də Əsədi dəstəklədiyinə peşman deyil, çünki onun hakimiyyətdən kənarlaşdırıldığı təqdirdə, Suriyanı necə nəzərdən keçirə biləcəyi barədə fikirlərini heç vaxt dəyişməyib. Ancaq bəzən Rusiyada müxalifət düşərgəsi ilə, o cümlədən xarici aktyorlar da daxil olmaqla, Suriyadakı yeganə qərarverici aktyor olmağı arzulayır. Çünki bu, daha effektiv bir proses olardı.

Ancaq gerçəklik budur ki, Rusiya əsas aktyor olsa da, vəziyyəti təkbaşına həll edə bilməz və Astanada, Qazaxıstanda keçirilən koalisiya görüşlərində maraqların fərqlənməsi həqiqətdir.

Bu, Səudiyyə Ərəbistanı, İsrail və Birləşmiş Ştatların mövqelərində əks olunan ikinci ən böyük səhv qavranışa gətirib çıxarır. Onlar Moskvanı rəsmi Tehranı Suriyadan sıxışdırmağa itələyirlər.

Rusiyanın İran üzərində böyük təsirə malik olması fikri ehtimal ki, üç şeydən irəli gəlir: müharibənin gedişatında bu cütlüyün yaratdığı "ittifaq"; mühüm iqtisadi, infrastruktur və regional məsələlər üzrə artan əməkdaşlıq; Birləşmiş Ştatlar əleyhinə qarşılıqlı müxaliflik.

Rusiya və İran beynəlxalq və regional arenalarda "strateji cütlük”dür və nəticədə hər birinin güclü ləyaqəti var. Onlar Yaxın Şərqdəki vəziyyətlə bağlı qayğını eyni cür paylaşır, bir-birinə düşmən deyil, ortaq olmaq niyyətindədirlər.

Bəziləri düşünür ki, bu iki pəzəvəng arasında boşluq yoxdur və hər iki tərəfin diqqətsiz hərəkətləri ilə asanlıqla üzə çıxa biləcək həssas balans var. Hər iki tərəf belə bir hərəkətin nəticəsinin nə ilə nəticələnəcəyini öyrənmək istəmir. Buna görə də, Rusiya Suriyada İrana təzyiq göstərməyə hazır deyil.

Bununla yanaşı, Rusiya və İran digər həssas məsələlərdə – Suriyada və digər yerlərdə – bir-birinə diqqətlə yanaşırlar – hər bir tərəf öz maraqları vasitəsilə mühüm seçimlər edir.

Moskva, şübhəsiz, rəqiblərinin dağıdıcı və zəhərli hesab etdiyi İranın fəaliyyətindən xəbərdardır. Ancaq bu fəaliyyət Rusiya maraqlarını hədəfə almadığı müddətcə, Moskva sərt təpki verməyə ehtiyac duymur.

Məsələn, Moskva İranın İraqdan Suriyaya və Livana uzanan "şiə dəhlizi" istəklərini qəbul edir. İsrail və Səudiyyə Ərəbistanı bu fikirləri təhlükəli sayır. Ancaq təpki verməzdən əvvəl Moskva bu konsepsiyanı İranın maraqlarından ayırd etmək və Rusiyaya potensial təsirlərini müəyyən etmək üçün tənzimləyir: İranın fiziki torpaq dəhlizinə ehtiyacı varmı? Əgər belədirsə, bu, Rusiya hərbi qüvvələrinə və ya Suriyada əldə etdiyi iqtisadi aktivlərə təhlükə yaradırmı? Bəlkə, İran yalnız hədəfinin siyasi nüfuza sahib olduğu "virtual dəhliz" axtarır, bu halda, Moskva bu fikri öz imkanları ilə tutuşdurub nəzərdən keçirəcək…

İranın bölgədəki siyasi qüvvələrlə güclənməsi və Suriyada hərbi baza – İsraili yaxın vaxtlarda hədəfə alacaq məkan – qurması Tehranı həm fiziki, həm də siyasi dəhliz axtarmağa vadar edir. Rusiya İranın mövcudluğunun nə dərəcədə məqbul olduğunu müəyyən etməlidir. Ancaq bundan əvvəl Moskvada Suriyada özünün istədiyi şeyi aydın şəkildə görməlidir.

Moskva bu suallara dəqiq cavab verənə qədər, regional oyunçularla olan münasibətləri bölüşdürməyə davam edəcək.

Lakin İranla çox yaxınlaşma əlaqələrin balansını təhlükə altına sala bilər. Birləşmiş Ştatlar və ya İsrail Tehrana diş qıcırdaraq, rusların İran tərəfinə keçəcəyini düşünürlər. Ancaq Rusiya İrana görə ABŞ və İsraillə münasibətləri çətinləşdirmək istəmir.

Bu, Rusiya-İran tərəfdaşlığının ən böyük problemini üzə çıxarır – etimadsızlıq. Rusiya və İran qarşılıqlı münasibətlərdə pis tarixə sahibdirlər ki, bu onların instinktlərini formalaşdırır və siyasi danışıqlarını müəyyənləşdirir. Bir təqaüdçü rus diplomat bir dəfə "Əl-Monitor"-a deyib: "Putin [İsrail baş naziri Benjamin] Netanyahu ilə yaxşı şəxsi əlaqə qazanır və ona iranlılara nisbətən daha çox güvənir".

Buna görə də güvən – uzun müddət ərzində yığılacaq siyasi qaynaqdır, o, səbrlə, konkret hərəkətlərlə yaradılır. Rusiya və İran bir sıra iqtisadi təşəbbüslər və Suriyada qarşılıqlı hərbi fəaliyyətlə çox şeylər əldə ediblər. Təcrübə həmişə uğurlu olmayıb, ona görə də güvən hələ də minimaldır, amma ən azı indi Moskva və Tehranın gələcək işlərdə əsaslanmaq üçün bir şeyi var. Onlar digər tərəfə xeyir verə bilməyəcək bəzi məsələlərdə balansı saxlamağa çalışacaqlar. Ancaq Moskvanın İranla əlaqədar nə edə biləcəyini və nə edə bilməyəcəyini gözləmələri də balanslaşdırılmalıdır.

Tərcümə: Strateq.az

Loading...

QALEREYA