Suriya müharibəsinin astarı: UŞAQ ORQANLARININ YENİ BAZARI - VİDEO

  • 2019-09-11 17:38:11
  • |
  • Dünya /

Suriya müharibəsinin astarı: UŞAQ ORQANLARININ YENİ BAZARI - VİDEO

Hurriyyet.org xəbər verir ki, Türkiyənin “Yeniakit.com.tr.” saytında Suriyada 2011-ci ildən bəri davam edən müharibədə yetim qalmış minlərlə uşağın orqan mafiyalarının hədəfinə çevrildiyindən bəhs edilir.

Qan gölünə çevrilmiş Suriyada yüzminlərlə insanın qaçqın düşməsi ilə yanaşı, atasız-anasız qalmış minlərlə sahibsiz, məsum uşağın parçalandığı, daxili orqanlarının ABŞ, Fransa, İngiltərə kimi ölkələrdə yaşayan zəngin insanlara satıldığı bildirilir.

Akit xəbər xəttinə göndərilən bir videonun Suriyada çəkildiyi iddia edilir. Videoda kiçik bir qız uşağının orqanlarının çıxarılması üçün əməliyyatxanaya bənzər bir yerə gətirildiyi görünür. Qorxu içərisində olan kiçik qız fəryad edir.

Hələ 2017-ci ilin statistikasına görə, 60 mindən çox Suriya vətəndaşının orqanları çıxarılaraq cəsədləri dəfn olunmaq üçün yenidən Suriyaya göndərilmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA