Suriya ordusu İdlib əməliyyatını DAYANDIRDI

  • 2019-05-20 13:10:19
  • |
  • Dünya /

Suriya ordusu İdlib əməliyyatını DAYANDIRDI

Hurriyyet.org xəbər verir ki, Rusiya MN nəzdində Suriyada xidmət edən Döyüşən təfərləri Uzlaşdırma Mərkəzinin nümayəndələri mayın 18-də gecəyarısından etibarən Suriya ordusunun İdlib bölgəsindəki müxalifətçilərə qarşı əməliyyatları birtərəfli şəkildə dayandırmağı qərara aldığını bildirib. Açıqlamada bildirilir ki, buna rəğmən İdlib bölgəsindəki müxalifətçi qüvvələr Hama, Lazkiya və Hələbdə hökumət qüvvələrinə və dinc əhaliyə atəş açmağa davam edir. Açıqlamada atəşkəslə bağlı detallar bəyan edilməyib.

BMT-nin məlumatına görə, daimi döyüşlər üzündən indiyə qədər İdlib və ətrafında yaşayan 180 min nəfər əhali bölgəni tərk edib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA