Suriya probleminin həllində əsas meydança Cenevrə prosesidir - KREMLDƏN AÇIQLAMA

Suriya probleminin həllində əsas meydança Cenevrə prosesidir - KREMLDƏN AÇIQLAMA

"Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada əməliyyatlarının başa çatması ilə bağlı qərarı ölkə başçısı Vladimir Putin qəbul edəcək".

Hurriyyet.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib. O deyib ki, Suriyada Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatlarının başa çatması haqqında qərarı ancaq Putin qəbul edə bilər: "O, bu haqda qərar qəbul edən zaman məlumat verəcəyik. Prezident dünən də bu haqda danışdı. O, Suriyamünaqişəsinin siyasi yolla həllinin vacibliyini vurğuladı".

Kreml sözçüsü Cenevrə prosesinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı əsas meydança olduğunu, Astana və Soçinin isə Cenevrə prosesinin nəticələrinin təmin edilməsində müsbət rol oynadığını söyləyib.

Qeyd edək ki, V. Putin Suriyada İŞİD-in tamamilə məhv edildiyini bəyan edib./apa/

  • Hamısı
  • Loading...