“Suriya rejimi atəşlə oynamamalıdır” - Çavuşoğlu

“Suriya rejimi atəşlə oynamamalıdır” - Çavuşoğlu

Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İdlibdə Türkiyə Silahlı Qüvvələrinin avtomobil karvanına hücumu ilə bağlı açıqlama verib. Çavuşoğlu deyib: “Rejim atəşlə oynamamalıdır; biz öz hərbçilərimizin təhlükəsizliyi üçün nə lazımdırsa, edəcəyik. Lakin işin o dərəcəyə çatmamasını istəyirik. Diqqətimizi siyasi proseslərə yönəltməliyik. Bildiyiniz kimi, sentyabr ayında üçtərəfli sammit keçiriləcək”.

Çavuşoğlu ABŞ ilə birgə əməliyyat mərkəzi yaradılacağı barəsində də məlumat verib: “Amerikadan məsul şəxslər gəldilər, çalışmalar davam edir. Hər sahədə razılaşdığımızı deyə bilmərik. Fərqli düşündüyümüz sahələrdə təbii ki, müzakirələrimizi davam etdirəcəyik. Razılaşma baş tutsa da, tutmasa da bizim oraya daxil olmaqla bağlı öz planımız var. Möhtərəm prezidentimiz qəti təlimat verib”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA