SURİYADA ÇİN HƏRBİÇİLƏRİ NƏ GƏZİR? – Pekin Əsədə qarşı döyüşən uyğurları cəzalandırmaq istəyir - ARAŞDIRMA

SURİYADA ÇİN HƏRBİÇİLƏRİ NƏ GƏZİR? – Pekin Əsədə qarşı döyüşən uyğurları cəzalandırmaq istəyir - ARAŞDIRMA

Çin dəniz piyadası dəniz desantı çıxarılan vaxtı

©RİA Novosti, Vitali Ankov

Muhənnəd əl-Həc Əli

Al Modon (Livan), 26.12.2017


Televiziya kanalları və xəbər saytları Çinin “Gecə pələngləri” xüsusi təyinatlılarının Suriyanın Tartus limanına gəldiyi haqda bir həftə əvvəl məlumat verib. “Şayiə” Rusiyanın “Sputnik” agentliyinin dərc etdiyi, Çin bölmələrinin rejim gücləri və onları dəstəkləyən könüllülər yığmasıyla birlikdə döyüş əməliyyatalrına qatılmaq üçün Suriyaya gəldiyindən danışan yenilik xəbərindən başlanıb. Lakin Suriyanın SƏNA agentliyi bildirib ki, bu məsələ üzrə heç bir xəbər dərc etməyib. Bu məlumat bölgəsəl kontekstlə, yəni iki hadisəylə bağldır. Birincisi – bu, Türküstan İslam Partiyasının (Çindəki uyğur azlığın minlərlə müsəlman təmsilçisini əhatə edir) əsas rol oynadığı şimal cəbhəsində hərbi əməliyyatların alovlanmasıdır.İkincisi – Suriya rejiminin önəmli fiquru, prezidentin müşaviri Buseynə Şaabanın Pekinə səfəridir. Birinci hadisəylə bağlı qeyd etmək lazım gəlir ki,Türküstan döyüşçüləri rejim qüvvələrinə qarşıdurmada və İŞİD təşkilatında ilk sıralara daxil olub və məlum olduğu kimi, İdlibin və Suriyanın şimalının böyük qisminin müdafiəsinə başçılıq ediblər. İkincisi, qeyd etmək gərəkdir ki, Çin xarici işlər naziri Van İ BMT-nin terrorçu dəstələr siyahısına daxil edilən “Şərqi Türküstanın Qurtuluş Cəbhəsi Təşkilatı”ndan terrorçularla mübarizədə roluna görə rejimin təmsilçisi kimi Buseynə Şaabana təşəkkür etmək marağını büruzə verib. Nazir habelə vurğulayıb ki, ölkəsi bu sahədə Suriya ilə əməkdaşlığa can atır ki, bu da Çinin Suriyadakı mümkün rolundan xəbər verir, amma bunun nədən ibarət olacağı hələlik aydın deyil.

Ölkədə Çin qoşunlarının varlığı haqda – artıq onların hərbi əməliyyatlarda iştirakını demirik – Suriyadan dəqiq məlumatların olmaması fonunda sual doğur – bu cür məlumatlar niyə meydana çıxır və arxasında nə durur?

Lakin çinlilər 2011-ci ildən bu cür bəyanatlara çox ehtiyatla yanaşır, çünki bölgədəki iqtisadi mövqelərini saxlamağa çalışırlar. Sübutu budur ki, Suriya rejiminə hərbi dəstək haqda sıx-sıx məlumatlara baxmayaraq, Pekin israr edir ki, onun rolu sırf humanitar yardım tədarük etməklə məhdudlaşır.

Pekinin Suriya rejiminin yardımına öz hərbi müşavirlərini, hərbi texnika və döyüş sursatı göndərdiyi haqda indiyədək heç bir rəsmi bəyanat olmayıb.

Digər yandan, demək olmaz ki, Suriya rejimi öz bəyanatlarında bu cür ehtiyatlılığı gözləyir. O hətta Çin tərəfdən alınan hərbi yardım haqda bildirməyə tələsərək bununla da ölkənin beynəlxalq arenada rəsmi mövqeyini möhkəmləndirib. Suriyadakı uyğur döyüşçülər haqda Çin hökumətindən çox Suriyanın Çindəki səfiri Mustafa İmad danışır və beləliklə Səddam Hüseyn rejiminin guya artan kimyəvi imkanları haqda ABŞ kəşfiyyatının məlumatlarına müraciət edən ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauellin təcrübəsini təkrarlayaraq problemi şişirdir. Lakin burada fərq bundadır ki, Suriya rejimi Çindən müdaxilə xahiş edir ki, cari duruma İran, Livan, Pakistan, Əfqanıstan və Rusiya ilə yanaşı Çin “komponenti” əlavə olunsun. Deməli, məsələn, Suriyanın Çin səfiri fevralda KİV-lər qarşısında çıxışında bildirib ki, Suriyada beş min müsəlman uyğur vuruşur. Bu zaman qeyd edib ki, döyüşçülərin sayı çoxalır. Sərhədyanı tədbirlər nəzərə alınsa, döyüşçülərin sayının artması haqda sonuncu qeyd məntiqsiz görünür və hər hansı sübuta əsaslanmır, amma Çin müdaxiləsinin sürətləndirilməsi baxımından faydalıdır. Associated Press-in bir neçə gün qabaq dərc edilmiş araşdırmasında xəbər verildiyi kimi, çinlilər minlərlə şübhəlinin həbsxanalarda saxlandığı, vətəndaşların isə kəşfiyyat şəbəkələri tərəfindən nəzarətdə olduğu Sinszyanın (Şərqi Türküstan) şimali-qərb bölgəsində təhlükəsizlik xidmətlərinin genişmiqyaslı tədbirləri vasitəsilə Suriyada hərbsonrası mərhələyə hazırlıq görürlər. Agentliyin müxbirləri Suriyadakı döyüşlərə qoşulmağın başlıca motivləşməsinin Əsəd rejiminə nifrət deyil, Çin hökuməti ilə bundan sonrakı mübarizə üçün hərbi təcrübə əldə etmək istəyi olduğunu iddia edən türküstanlı keçmiş döyüşçülərlə görüşüblər. Agentliyin verdiyi məlumat Suriyadakı çoxlu qaynaqların, o cümlədən Türküstan İslam Partiyasının son illərdəki məlumatları ilə səsləşir. Bu məlumatlar diqqəti Dəməşqə və rejimə deyil, Çindəki daxili duruma cəmləşdirir.

Suriya – bu qüvvələrin Çinə qayıdış yolundakı stansiyalardan biridir, ona görə də istisna etmək olmaz ki, Çin problemi rüşeymdə həll etmək üçün heç bir hərəkət etməyəcək.

Tərcümə Strateq.az-ındır.

Loading...

QALEREYA