SURİYADA RUSİYA-TÜRKİYƏ QARŞIDURMASI OLACAQMI? – İdlib artıq Türkiyə üçün zəruri geopolitik layihə olmaqdan çıxır – TƏHLİL

SURİYADA RUSİYA-TÜRKİYƏ QARŞIDURMASI OLACAQMI? – İdlib artıq Türkiyə üçün zəruri geopolitik layihə olmaqdan çıxır – TƏHLİL

Lyubov Şvedova

svpressa.ru, 26.08.2019

Son bir neçə həftədə, nəhayət ki, Rusiya-Suriyanın müttəfiqlərinin Suriya Ərəb Respublikasının şimali-qərbindəki fəaliyyətində irəliləyiş görünür. Bəşər Əsədin qoşunları və hər cür şiə qruplaşmaları və İran xüsusi təyinatlıları simasında ona müttəfiq quru gücləri İdlib sərhədini yara və muhafizənin dərinliyinə girə bilib.

Buna asanlıqla nail olunmayıb – Suriya ərəb ordusu aylarla hərbi əməliyyata görə yüzlərlə döyüşçü itirib. Əsədin təkcə bir-iki gündə çoxlu əsgər itirdiyi anlar olub, hesab yüzlərlə gedib. Bu, hər cür müşahidəçilərin dondurulmuş adlandırdıqları məhəlli münaqişə üçün olduqca çoxdur. Amma burası da var ki, separatçılar daha böyük partiyalarla həlak olublar və bunu Dəməşq üçün müəyəyn dərəcədə uğur adlandırmaq olar.

Amma, budur, gerçək proses başlanıb – Rusiya şimali Haməni və cənubi İdlibi fəal bombardmana başlayıb. Son aylarda çox sayda hədəf və yüzlərlə deyilsə də, onlarla döyüşçü vurulub. Terrorçu qruplaşmaların liderləri məhv edilənlər içindədir. Bütün bunlar Dəməşqin düşmənlərinin mövqeyini ciddi laxladıb.

Üstəlik, hər şeydən göründüyü üzrə, Kreml Ankara ilə anlaşmanı möhkəmlədə bilib. Diqqətçəkəndir ki, əsədçilər Xamə əyalətinin şimal bölgələrini azad edərək Türkiyə ordusunun müşahidə məntəqələrinə yaxınlaşmayıblar. İndi onun çevrəsindəki bütün ərazilər Dəməşqin nəzarəti altındadır, amma, bax, türklər isə yerlərində durduqları kimi durmağı davam etdirirlər. Onlar hücum edənlərə qarşı döyüşlərə praktik olaraq qatılmayıblar, lakin Ərdoğan buna qədər “rejim” cızığı keçəcəyi və İdlibə hücum edəcəyəi halda ona zərbə endirməyə söz vermişdi. Hücum həyata keçirilib, yeniçərilər (Osmanlı ordusunun əsgərləri belə adlanıb-tərc.) isə belə də yataqanlara (qılınca-tərc.) əl atmayıblar. Aydındır ki, bizim diplomatlar qələbə çalıblar: madam hətta amerikalılar da öz kürdlərinin … ucbatından bir-iki dəfə pis duruma düşüblərsə, türkləri inandırmaq asan məsələ deyil.

Yəqin ki, üsyançı əyalətin sərhədlərinin yarılması ilə respublikanın ərazi bütövlüyünün bərpası planında Dəməşq qarşısında yeni üfüqlər açılır. İş bununla qalmayacaq – başlıcası budur ki, proses ölü nöqtədən tərpənib. Yəqin ki, bundan sonra hər şey kündə kimi diyirlənəcək. Yalnız bir fakt çaşdırır.

Yaxınlığında müşahidə məntəqələri yerləşən Murek və Xan-Şeyxun götürülərkən heç cür dirəşməyən türklər nədənsə İdlibə əlavə qüvvə göndərirlər. Məlumat verilir ki, bu günlərdə muhafizəyə hərbi avtomobil dəstəsi göndərlib, düzdür, nə və hara daşındığı axıra kimi aydın deyil. Ehtimal ki, maşınlar güneyə hərəkət edir. Bu, Ankaranı mümkün İdlib qarşıdurmasına gətirə bilərmi?

Rusiya hərbi eksperti Aleksey Leonkov hesab edir ki, İdlib probleminin donmuş durumdan qaynar mərhələyə keçidi çoxdan nəzərdə tutulmuşdu. Məsələ Tükiyənin silahlı müxalifət qruplaşmaları və terrorçulara nəzarət etmək bacarıqsızlığındadır. Bundan nəticə çıxır ki, Ankara öz öhdəliklərini yerinə yetirməyib, deməli, Soçi sazişi ilkin halında gerçəkləşdirilə bilməz. Yada salaq ki, Putin və Ərdoğan ötən il Soçidə şimali-qərbdə münaqişəni dondurmaq və Dəməşqə tabe olmayan ərazi ətrafında hərbsizləşdirilmiş zona qurmaq qərarı alıblar. Madam belə alınmayıb, deməli, yalnız bir həll qalır – hərbi. Ekspertin fikrincə, hətta guya türklərə müttəfiq bu birləşmələr, əslində, Ankaraya ancaq ziyan vurur. Onlar müşahidə məntəqələrinin qurulduğu konkret bölgələrdə suriyalıların atəşini və s. törədərək hərbçiləri zərbə altında qoyur.

Bununla yanaşı, Leonkov hesab edir ki, İdlib indi Türkiyənin özü üçün artıq o qədər də zəruri geopolitik layihə olmağı buraxıb. Məsələ burasındadır ki, Ərdoğan Rusiya ilə yaxın münasibətlər qurmaqla xeyli praktik fayda əldə edib. Məsələn, indi onun sərəncamında S-400 zenit raketi kompleksləri var, Ankara bu vasitə ilə bir çox mübahisəli bölgələri potensial hücumlardan qoruya və Kipr, Yunanıstan və ya daha kimsə tərəfindən potensial təcavüzə xüsusi qatlanmadan şimali Kipr bölgəsində neft hasilatını yoluna qoya bilər.

Bundan savayı, Moskva Türkiyənin BRHÇC iqtisadi layihələrinə cəlb edilməyini alqışalyır, bu isə son zamanlar sarsılmış Türkiyə iqtisadiyyatına müəyyən imkanlar açır. “Türk axını” və Akkuyu atom elektrik stansiyasını tortun gilənarı adlandırmaq olar.

Bütün bunlar ondan xəbər verə bilər ki, çox ehtimal, İdlibdə Rusiya və Türkiyə qarşıdurması olmayacaq.

Tərcümə Strateq.az-ındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA