Suriyada Türkiyəyə məxsus hərbi texnika aşdı - 9 hərbçi yaralandı

  • 2019-03-30 15:01:36
  • |
  • Dünya /

Suriyada Türkiyəyə məxsus hərbi texnika aşdı - 9 hərbçi yaralandı

Suriyada zirehli hərbi texnikanın aşması nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi yaralanıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə martın 30-u səhər saatlarında “Fırat” Qalxan Hərəkatı nəticəsində terrorçu qruplaşmalarından təmizlənən, Türkiyə-Suriya sərhədinə yaxın yerləşən Dabık bölgəsində baş verib.

Yaralı hərbçilər Türkiyənin Kilis şəhərindəki dövlət xəstəxanasına yerləşdirilib. Onların səhhətinin yaxşı oldğu bildirilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA