Suriyaya atılan 103 raketdən 71-i köhnə sovet sistemləri tərəfindən dəf edilib! - “Bu, Suriyadan gedən ABŞ-ın qapını çırparaq vidalaşmasıdır”

Suriyaya atılan 103 raketdən 71-i köhnə sovet sistemləri tərəfindən dəf edilib! - “Bu, Suriyadan gedən ABŞ-ın qapını çırparaq vidalaşmasıdır”

“Raket hücumu ABŞ-ın və onun müttəfiqlərinin azacıq müasir rəqiblə mübarizədə hərbi zəifliyini göstərdi”

Putinin səlahiyyətli nümayəndəsi qlobal bitkoin layihəsinin mahiyyətini açıqlayıb

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov öz “Feysbuk” səhifəsində ABŞ, İngiltərə və Fransanın ötən gecə Suriyaya hücumu barəsində fikirlərini paylaşıb. Paylaşmada yazılıb: “Suriya. 103 raketdən 71-i dəf edilərək vurulub. Üstəlik, Suriyadakı Hava Hücumundan Müdafiə Sistemləri yalnız sovetlərin köhnə S-200 raketləridir. Deyəsən, bir nəfər də olsun, suriyakı hərbçi və ya dinc vətəndaş zərər çəkməyib. Raket hücumu ABŞ-ın və onun müttəfiqlərinin azacıq müasir rəqiblə mübarizədə hərbi zəifliyini göstərdi. Bunun nəticəsi ABŞ-ın Suriyada irimiqyaslı aqressiyası yox, ABŞ-ın Suriyadan gedişi olacaqdır. Raket zərbəsi yeni müharibənin başlanğıcı yox, Suriyadan evlərinə gedən yankilərin qapını arxalarınca çırparaq vidalaşmasıdır”.

Hurriyyet.org

Loading...

QALEREYA