Sürücülərin NƏZƏRİNƏ: bu yol bağlanacaq

  • 2019-04-09 13:37:16
  • |
  • Sosial /

Sürücülərin NƏZƏRİNƏ: bu yol bağlanacaq

Bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər (7 saat) Səməd Vurğun və Füzuli kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən kəsişmədə göstərilən vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, xətlənmə işləri BNA-nin sifarişi əsasında həyata keçirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA