Suyu ikinci dəfə qaynatmağın ZƏRƏRİ

Suyu ikinci dəfə qaynatmağın ZƏRƏRİ

Bax buna görə suyu ikinci dəfə qaynatmaq olmaz....

Sağlam olmaq istəyənlərçün faydalı məsləhət

Əgər siz qənaətcil insansınızsa, çox guman ki, suyu da qənaətlə işlədirsiniz. Siz çaydanı ağzınadək su ilə doldurub qaynadırsız və həmin sudan  təkrar istifadə edirsiniz.

Hamı bilir ki, su qaynadılanda təmizlənir. Bu üzdən suyu təkrar qaynadanda onun daha çox təmizləndiyini düşünürsünüz. Əslində isə tam əksinədir.  

Gəlin su qaynayanda baş verən prosesləri ardıcıllıqla nəzərdən keçirək. İlk nəzərdə siz suyun köpüklənməsini və çaydandan çıxan buxarı görürsünüz. Amma bu zaman kimyəvi proseslər də baş verir. Eyni suyu bir neçə dəfə qaynadanda suyun tərkibindəki oksigenin tərkibində dəyişikliklər baş verir və insan orqanizmi üçün zərərli olan maddələr meydana gəlir. Bu zaman suyun dadı da dəyişir. Bunu yoxlamaq istəyirsinizsə, kiçik bir eksperiment aparın . Əvvəlcə bir dəfə qaynadılmış su ilə çay dəmləyib için, sonra həmin suyu bir daha qaynadıb həmin suyun çayını dadın.  Özünüz fərqi görəcəksiniz.

Suyun qaynadılması bakteriyaları məhv etməyin ən effektiv üsuludur, amma suyu təkrar-təkrar qaynatdığınız zaman, suyun kimyəvi tərkibinin dəyişməsi nəticəsində zərərli qazlar və arsen, nitratlar və ftorid kimi zəhərli maddələr yarana bilər. Müxtəlif araşdırmalar sözügedən ftoridlərin əsəb sistemini,  beyni məhv etdiyini aşkar edib. 

Nəzərə alın ki, suda tapılan minerallar buxarlanmır. Suyu təkrar-təkrar qaynatsanız, çaydanın dibində və divarlarında faydalı mineralların qalıqlarını görə bilərsiniz. Odur ki, əgər siz mütəmadi olaraq həmin mineralları toplam halında  içirsinizsə (kalsium və s.), sağlamlığınızla bağlı problem yaşaya bilərsiniz, misalçün, böyrəklərinizdə daş yarana bilər.

Məhz bu səbəbdən suyu ikinci dəfə qaynatmamalısınız. Təbii ki, qaynadılan axar suyun nə dərəcədə təmiz olması, tərkibi də əhəmiyyətsiz deyil.

Sizə məsləhətimiz- əgər lazım olduğundan artıq su qaynatmısınızsa, həmin su bir az soyuyandan sonra  evdəki bitkiləri suvarın. Onlarçün bunun heç bir ziyanı yoxdur.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA