Tahirə Məmmədqızı əməliyyat olundu – “Sağ qalacağıma ümidim yox idi” - VİDEO

Tahirə Məmmədqızı əməliyyat olundu – “Sağ qalacağıma ümidim yox idi” - VİDEO

Xəbər verdiyimiz kimi, ötən ay uşaqlıq orqanında çoxsaylı şişlər tapılan aparıcı Tahirə Məmmədqızı dünən əməliyyat olunub.

Aparıcının əməliyyatı yaxşı keçib.

Tahirə Məmmədqızı əməliyyatdan sonrakı vəziyyəti barədə məlumat verib:

"İnsan çarəsiz qalanda bir az çətin olur. Bu əməliyyatdan sağ çıxacağıma ümid etmirdim. Ölümlə üz-üzə durmaq çox çətin imiş. 2 ay idi ölümlə üz-üzə idi. Həkimim mənimlə söhbətlər apardı, məni həyata bağladı, yaxşı olacağına inandırdı. O insan mənə o mənəvi ruhu verə bildi. Bunu mən heç vaxt unutmayacam.

Mənim üçün narahat olan hər kəsə minnətdarlığımı bildirirəm. İndi yaxşıyam. Allahın və cərrah Yaman Əzimovun sayəsində deyəsən bu xəstəliyə qalib gələ bildik”. \\Medicina.az